Cənubi Koreyanın SsangYong şirkəti Paris avtosalonunda bayraqdar modeli Rexton ofroderinin növbəti nəslinin carçısı olan LIV-2 konseptini nümariş etdirmişdir. Yeni konsept 2013-cü ildə Seulda keçirilmiş avtosalonda nümyaiş etdirilmiş LIV-1 konseptinin üslubunda hazırlamışdırlar.

Bundan başqa yeni konsept, ilk dəfə Tivoli modelində debüt etmiş «açılmış qanadlara» bənzəyən firma radiator barmaqlığını da əldə etmişdir. Konseptin salonunda masaj funksiyası olan oturacaqlar quraşdırılmışdır. SsangYong LIV-2 konseptini həmçinin 9,2-düymlük sensorlu displeyi olan, Wi-Fi, Aplle CarPlay və Android Auto funksiyalarını dəstəkləyən yeni məlumat-əyləncə sistemi ilə də təchiz etmişdirlər. Arxa sərnişinlərin sərəncamına qabaq oturacaqların arxa hissəsinə quraşdırılmış 10,1-düymlük iki monitor verilmişdir.

2017-ci ildə debüt edəcək SsangYong Rexton modeli rama konstruksiyasını və tam çəkiş sistemini qoruyub-saxlayacaqdır. Bayraqdar modelin mühərrik çeşidinə 181 at qüvvəsi və 420 Nm fırlanma anı olan 2,2-litrlik turbodizel daxil edilmişdir. Güc aqreqatı Mercedes-Benz şirkətinin yeddi pilləli avtomatik sürətlər qutusu ilə komplektləşdiriləcəkdir. Bundan başqa, yeni ofroder 2,0-litrlik dörd silindirli turbomühərrik və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə də təchiz ediləcəkdir. Qeyri-rəsmi məlumata görə, mühərrik 225 at qüvvəsinə və 350 Nm fırlanma anına malik olacaqdır.

SsangYong Rexton modelinin təchizatına doqquz təhlükəsizlik yastığı, piyadanı aşkar edərək öndən toqquşmaları xəbərdar edən sistem, həmçinin  «kor» zonalara və zolaqlara nəzarət sistemi daxil olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt