Volkswagen şirkəti dünən “Volkswagen Night Vision” tədbiri çərçivəsində I.D. Concept adlanan elektrokarın prototipini nümayiş etdirmişdir. Yeni konseptin kütləvi nümayiş mərasimi bu gün işinə başlayan Paris avtosalonunda baş tutacaqdır. Alman istehsalçısının nümayəndələri təqdimat zamanı avtomobilin seriya variantının 2020-ci ildə istehsal edilcəyini təsdiq etmişdirlər.

Volkswagen I.D.Concept yeni seriya elektrokarının carçısı olmaqla yanaşı alman istehsalçısının gələcək elektomobillər xətti barədə təsəvvür yaratmaqla vəzifələndirmişdir.  Futuristik konsept 125 kVt (168 at qüvvəsi) gücü olan elektrik mühərriki ilə hərəkətə gəlir. Elektromobil altı pilləli transmissiya və naqilsiz qidalanma sistemi ilə də təchiz edilmişdir. Avtomobilin döşəməsində quraşdırılmış litium-ion barateyaları dəsti çəkinin ideal bölünməsi ilə yanaşı, bir doldurmada 400 -600 kilometr arasında məsafəni qət etməyə imkan verəcəkdir. Elektromobil 100 km/saat sürətini səkkiz saniyəyə toplayır və 160 km/saat maksimal sürətə malikdir.

Volkswagen I.D. Concept prototipi, alman şirkətinin elektromobillər üçün hazırladığı tam yeni MEB (Modular Electric Drive) platformasında yığılmışdır. Bu konseptin seriya modeli Volkswagen Golf  modelini əvəzləməyəcək, əksinə, onunla paralel istehsal ediləcəkdir.

Bundan əlavə, I.D.Concept alman şirkətinin hazırladığı və 2025-ci ildə tətbiq etməyi planlaşdırdığı avtonom idarə etmə sistemi ilə də təchiz edilmişdir. Avtomatik rejimi qoşulan zamanı sükan çarxı ön panelə çəkiləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt