Dacia şirkəti bu günlərdə işinə başlamış Paris avtosalonunda Duster krossoverinin yenilənmiş variantını təqdim etmişdir. Büdcə seqmentində yer alan krossover altı pilləli iki mufrtalı robotlaşdırılmış sürətlər qutusunu əldə etmişdir.
Yeni transmissiya 110 at qüvvəsi gücü olan 1,5-litrlik turbodizel mühərriki ilə birləşdirilmişdir. İstehsalçının nümayədələrinin sözlərinə görə, belə sürətlər qutusu və mühərrik ilə təchiz edilmiş krossover yüz kilometrə 4,6 litr yanacaq sərf edir. Zahiri cəhətdən yenilənmiş model əvvəlkindən demək olar ki fərqlənmir.
Yenilənmiş avtomobilin yalnız ön fənərlərinin optikası dəyişdirilmişdir. Bundan əlavə, bir sıra modifikasiyaların təchizat səviyyəsi genişləndirilmişdir. Dacia Duster modelinin bütün modifikasiyaları üçün unteryerin tərtibatının yeni növü, oturacaqların kombinə edilmiş üzlüyü və beş qollu 16-düymülük təkər diskləri əlçatandır. Krossoverin ən bahalı variantları arxa görüntü kamerası ilə təchiz edilir.
Azərbaycan bazarında Dacia Duster daha çox Renault Duster adı ilə məşhurdur.