Jeep şirkəti Parisdə keçirilən avtomobil sərgisində Avenger elektrik krossoverinin seriya versiya ilə eyni vaxtda Avenger 4x4 Concept prototipini də nümayiş etdirib. Bu, yığcam elektrik krossoverinin tam ötürməli versiyasıdır və yaxın gələcəkdə o, amerikan markasının model çeşidinə daxil ediləcəkdir. Böyük ehtimalla, yığcam krossover iki elektrik mühərriki (hər ox üçün bir) ilə təchiz ediləcəkdir. Lakin onun adi Avenger modeli ilə fərqləri bununla bitmir.

Tam ötürməli Avenger gözəçarpan yedək qarmaqlarını, genişləndirilmiş təkər izini və yeni təkərləri alıb. Prototipin həndəsi ofroud qabiliyyəti də yaxşılaşdırılıb. Klirens artıq 200 millimetr deyil, "200 millimetrdən çoxdur". Giriş, çıxış və eniş bucaqları müvafiq olaraq 21, 34 və 20 dərəcədir. Xatırladaq ki, ön ötürməli Avenger modelində bu göstəricilər müvafiq olaraq 20, 32 və 20 dərəcədirlər.

Image alt Image alt Image alt Image alt

Konseptin ön bamperində əlavə “LED proyektorlar”, damda isə cızıqlara qarşı müdafiəsi olan yeni yüngül baqaj qutusu quraşdırılıb. Bundan əlavə, ön hissədə qoruyucu üzlük gücləndirilsə də, çox güman ki, avtomobilin altındakı polimer plitələr seriya krossoverindəki ilə eynidirlər.

Xatırladaq ki, Jeep Avenger krossoveri STLA Small platformasında (eCMP) inşa edilib, habelə 156 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən Emotors elektrik mühərriki (Stellantis və yapon Nidec şirkətinin birgə müəssisəsi) ilə hərəkətə gəlir. WLTP dövrünə əsasən elektrik krosasoverinin yürüş məsafəsi 400 kilometrdir. Ancaq istehsalçı  şəhər rejimində dolu batareyanın 550 kilometrə kifayət edəcəyini bildirib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.