Jeep şirkəti Parisdə keçirilən Beynəlxalq Avtomobil Sərgisində öz model xəttindəki ən yığcam modeli - Avenger ("Qisasçı") krossoverini təqdim edib. Yeni krossover amerikan brendinin tarixindəki ilk tam elektrik avtomobilidir və ilk növbədə Avropa bazarı üçün nəzərdə tutulub.

Yeni model Polşadakı Fiat zavodunda istehsal olunacaq və 2023-cü ilin martında satışa çıxarılacaqdır. Krossoverin Yaponiya və Cənubi Koreyada da satılması planlaşdırılır. Bununla belə,  Avenger Jeep markası üçün doğma olan ABŞ-da təklif edilməyəcəkdir.

Yeni krossover Amerika istehsalçısının ən yığcam modelidir: 4,08 metr uzunluğu olan yeni model üçqapılı Wrangler ofrouderinin indiki nəslindən 16 santimetr qısadır. Jeep Avenger modelinin klirensi 200 millimetrdir. Giriş və eniş bucaqları  20, çıxış bucağı isə 32 dərəcədir.

Şirkətdən ayrıca ön baqajın ən böyük həcmə malik olduğunu qeyd ediblər - 34 litr. Krossoverin yaradıcıları bu həcmin seqment üzrə orta hesabla 15 litr təşkil etdiyini bildiriblər. Eyni zamanda, arxa baqaj bölməsinin  həcmi 380 litrdir.

İnteryer dizaynı Jeep Wrangler ofrouderinin minimalist üslubundan ilham alınaraq yaradılıb. Ön panel boyunca şirkətin "şüa" adlandırdığı seçilən element uzanır. Onun üzərində hava kanalları və bəzi idarəetmə düymələri yerləşir.

Bir qədər aşağı kiçik əşyaların saxlanması üçün kifayət qədər tutumlu bölmə var. Mərkəzi tuneldə fərdiləşdirilə bilən modul tipli saxlanc bölməsi yerləşir. Transmissiya selektorunun yanındakı boşluqda smartfonları doldurmaq üçün meydança və 1,5 litrlik su şüşəsinin yerləşdiyi bölmə var.

Yığcam model üçün Avenger kifayət qədər zəngin köməkçilər və funksiyalar dəstinə malikdir. Krossover ikinci səviyyəli avtonom idarəetmə sistemi ilə təchiz edilib - o, sürəti və trayektoriyanı avtomatik tənzimləyə, təhlükəsiz məsafəni saxlaya, həmçinin avtomobili zolaqda saxlaya bilir.

Həmçinin, krossoverin avadanlıq siyahısına yol nişanının tanınması, avtomatik əyləcləmə sistemi, sürücünün yorğunluğuna nəzarət sistemi və aktiv parklama yardımçısı  daxildir.

Elektrik krossoveri Opel Mokka və Peugeot 2008 modelləri ilə eyni modul platformasını bölüşür. 156 at qüvvəssi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki ön oxda yerləşir. Oturacaqlar və mərkəzi tunelin altında 54 kilovat-saatlıq litium-ion batareya quraşdırılıb.

WLTP dövrünə əsasən yürüş ehtiyatı 400 kilometrə çatır, lakin şirkətdən şəhər rejimində dolu batareyanın krossoveri 550 kilometr yürüş məsafəsi ilə təmin edəciyini bildiriblər.

Avenger tam elektrikli versiyası ilə yanaşı, hibrid modifikasiyaya da sahib olacaqdır. Parisdə şirkət hətta krossoverin arxa oxda əlavə elektrik mühərriki olan tam ötürməli versiyasını da nümayiş etdirib, lakin Avenger 4xe hələlik konsept statusundadır.

Krossover alternativsiz olaraq ön ötürməlidir, lakin o, ön ötürmənin Select-Terrain sistemi ilə birləşdirildiyi ilk Jeep modeldir. Örtüyün növündən asılı olaraq, avtomobilin elektronikası trəkşn-kontrolu aktivləşdirir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Jeep Avenger modeli Polşadakı Fiat zavodunda istehsal olunacaq və 2023-cü ilin martında satışa çıxarılacaqdır. Şirkət artıq First Edition salamlama versiyasına sifarişlərin qəbuluna başlayıb. Bununla belə, krossoverin qiyməti açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.