Paris avtosalonun təşkilatçıları tədbirin qismən ləğv edildiyini bəyan ediblər. Bu il avtomobil istehsalçılarının ənənəvi stendləri qurulmayacaqdır. Lakin, digər tədbirlər, məsələn, ekoloji mobilliyin Movin’On sammiti baş tut bilər. Avtosalonun 1-11 oktyabr tarixlərində Porte de Versailles ekspo mərkəzində keçiriləcəyi planlaşdırılmışdı.
Əsas ekspozisiyadan imtina etmək qərarı, COVID-19 koronavirus pandemiyası səbəbi ilə avtomobil istehsalçılarının yaşadığı "görünməmiş sağlamlıq böhranı" və "iqtisadi şok" fonunda qəbul edilib. Təşkilatçılar, zavodların və diler salonlarının bağlandığı bir şəraitdə, sərginin keçirilməsindən imtinanın ən düzgün qərar olacağını hesab ediblər. Bununla yanaşı, "alternativ çıxış yollarının axtarışı" hələ də gündəmdədir.
Paris avtosalonu COVID-19 virusunun ilk qurbanı deyil. Daha əvvəl, pandemiya səbəbi ilə, Şimaliamerikan beynəlxalq avtosalonu ləğv edilib və sərginin keçiriləcəyi yerin isə, müvəqqəti xəstəxanaya çevrilməsinə qərar verilib. Bundan əlavə, Pekin, Cenevrə və Nyu-Yorkda keçirilməli olan sərgilər də qeyri-müəyyən vaxta təxirə salınıblar.