Mercedes-Benz şirkəti Parisdə fəaliyyətə başlamış avtosalonda yeni A-Class Sedan modelini geniş kütlə qarşısında nümyiş etdirib. Alman istehsalçısı Parisə sedanın Edition 1 modifikasiyasını gətiribdir. Xüsusi seriyadan olan avtomobillər 12 ay ərzində istehsal ediləcəkdirlər.
Mercedes-Benz A-Class Sedan Edition 1 modelinin təchizatına işıqdiodlarından fənərlər, salonun 64 rəngdə işıqlandırılması, idman oturacaqları, iki rəngli 19-düymlük təkər diskləri və «almazlar» düzülmüş radiator barmaqlığı daxildir.
Avropa bazarında satılan avtomobillər iki modifikasiyada - A200 və A180d versiyalarında təklif ediləcəkdir. A 250 Sedan 163 at qüvvəsi və 250 Nm fırlanma anı təklif edən 1,33-litrlik benzin mühərriklə təchzi edilir.
A 180d Sedan modifikasiyası isə eyni həcmli dizel mühərriki ilə hərəkətə gəlir. Bu aqreqat 116 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edir. Hər iki mühərrik 7 pilləli DCT robotu ilə tandemdə çalışır.