Bildiyimiz kimi, bu il Porsche şirkəti özünün 70 illik yubileyini qeyd edib. Bu əlamətdar hadisəni təmtəraqla bayram edilməsi zamanı alman istehsalçısı Porsche 911 Speedster konseptini də hazırlayaraq geniş kütləyə nümayiş etdirmişdir.
Bu gün qapılarını media nümayəndələrinin üzünə açan Paris avtosalonunda alman şirkəti Porsche 911 Speedster modelinin istehsala gedəcəyini bəyan edib. Əgər siz bu sportkardan almaq istəyirsiniz isə, o zaman tələsməlisiniz, çünki alman şirkəti cəmi 1948 ədəd 911 Speedster modelini buraxmağı planlaşdırıb.
Bununla belə, Porsche şirkəti Paris avtosalonunda gələcək “spidsterin” yeni konseptini gətirib. Yubiley konseptindən fərqli olaraq Paris konsepti seriya modelinə daha yaxındır. Üstəlik, qırmızı rəngə boyanmış yeni konsept mərkəzi kilidi olan və 911 RSR və 911 GT3 R yarış avtomobillərinin disklərinə bənzəyən 21-düymlük təkər disklərinə də sahib olub.
Yeni konseptin salon tərtibatı da dəyişibdir – tünd qəhvəyi dəri örtüyü qara rəngli perforasiyalı dəri ilə əvəz edilib. Salonda kuzov rəngində xüsusi haşiyələr də gözə çarpır. Məlumdur ki, 911 GT3 modelinin bazasında inşa edilən 911 Speedster modelinin konstruksiyasında karbondan geniş istifadə olunmuşdur. Bu da onun yüngül olacağında xəbər verir. Konsept 500 at qüvvəsinin üzərində gücü olan altısilindrli turbomühərrik və altı pilləli mexaniki transmissiya ilə təchiz edilir.