100 illik zavod təminat ına malik olan yolsuzluq avtomobilini yaratmış Almaniyanın Partisan Motors şirkəti onu Marsa göndərmək niyyətindədir. Bu məqsədlə firma ofroderin dörd elektrik mühərriki və karbonplastikdən kuzovu olan xüsusi versiyasını inşa edib. Eyni zamanda, almanlar İlon Maska rodsteri kosmosa göndərməkdə tələsməməyi tövsiyyə ediblər.
Ehtimallara görə, Partisan One Mars Edition modelini “Qırmızı planetə” sərbəst şəkildə yığmaq üçün yığma dəst şəklində göndərəcəkdirlər. Modul konstruksiya sayəsində ofroderi yeyin şəkildə yığaraq tədqiqat məqsədləri üçün istifadə etmək olar. Şirkətdən Mask üçün Partisan One modelinin bir neçə nüsxəsini inşa edə biləcəklərini də söyləyiblər. Partisan Motors şirkətində Mars planetinin məskunlaşdırılması kimi nəhəng planların xüsusi nəqliyyat vasitələri olmadan həyata keçirməyin mümkün olmayacağını da bildiriblər.
Almanlar öz ofroderlərinin sovet lunoxodu və NASA-nın ay avtomobili ilə bir cərgədə duracağından əmindirlər.
Partisan One ofroderi silahlı qüvvələrdə istifadə üçün hazırlanıbdır. Avtomobil üçqapılı variantda buraxılacaqdır. Almanlar avtomobilin bazasında pikap, həmçinin 6x6 və 8x8 təkər formulasına malik olan avtomobili də buraxmağa hazır olduqlarını bildiriblər. Partisan One modelinin ilk nüsxələri 150 at qüvvəsi hasil edən 2,8-litrlik Fiat turbodizeli və elektromotorla təchiz ediləcəkdirlər.