eBay onlayn hərracında 1952-ci ilin Porsche 356 Coupe modelinin satışı barədə elan verilib. Avtomobilin tamamilə paslanmasına baxmayaraq, satıcı onun üçün 82500 dollar tələb edir. Müqayisə üçün, Porsche Cayenne modelinin baza versiyasının qiyməti 65700 dollardır.
Bu avtomobilin son sahibi onu keçən əsrin 70-ci illərində satın alıb. İlkin olaraq avtomobil mavi çaları olan boz Fish Silver Grey rənginə boyanıbmış. Hazırda sportkar tamamilə pasla örtülüb, bütün loqotiplərindən və arxa fənərlərindən məhrum olub.
Salonunda bütün görünən panelləri də pasla örtülübdür. Avtomobilin oturacaqları və örtüləri də təmir edilməlidir. Bundan başqa, sportkupeni bərpa etək üçün onun mühərrikini və asqı elementlərini söküb yenidən yığmaq gərəkdir.
Porsche 356 modelinin bərpa edilmiş nüsxələri klassik avtomobillər satıcıları tərəfindən 200-250 min dollara təklif edilir. Digər illərdə istehsal edilmiş bəzi nüsxələrinin qiyməti 725 min dollara qədər arta bilər.