Keçən həftəsonu Kaliforniyadakı Pebbl-Biçdə keçirilən zəriflik müsabiqəsinin qalibi 1929-cu ilin açıq kuzovlu Mercedes-Benz S Baker Tourer avtomobili olub. Avtomobilin sahibi Vaşinqton ştatının Belvyu şəhərinin sakini Bryus Makkoudur.
Makkounun sözlərinə görə, o uzun müddət öz Mercedesini bərpa etmək də tərəddüd edib. Amerikalı - "əgər onun buna ehtiyacı yoxdursa, nədən onu bərpa etmək gərəkdir", - deyə düşünürmüş. Lakin, avtomobilin orijinalının çoxlu sayda şəkillərini əldə etdikdən sonra Makkou onu bərpa etmək qərarına gəlib. Avtomobil Pebbl-Biçə bərpa işləri bitdikdən bir həftə sonra gətirilib.
Müsabiqə zamanı avtomobil 112 kilometr qət edib. Mercedes-Benz S Baker Tourer modeli yeddi litrlik mexaniki kompressoru olan altı silindirli mühərrikə və alüminium kuzova malikdir.
Bu avtomobil Le Manın 24 saatı və Mille Miglia yarışlarının qalibi olan Erl Hounun sifarişi ilə inşa edilib.