Williams F1 komandasının texniki direktoru onların ikiqat dünya çempionu Fernando Alonsoya müqavilə təklif etdiyi barədə şaiyələri şərh edib.

"Mövsümün hazırki mərhələsində belə söz-söhbətlər çox olur, - Lou PlanetF1 nəşrinə bildirib. - Biz növbəti mövsümə pilot tərkibini elan etməmişik və bunun üzərində işləyirik. Mən belə variantın olduğunu nə təsdiq, nə də təkzib edirəm. Çempionatda yaxşı pilotlar çoxdur və biz onlardan ən yaxşılarını cəlb etməyə çalışırıq.

Qələbə çalmaq üçün ən yaxşı pilotlar və ən yaxşı maşın lazımdır. Komanda nə qədər güclü olarsa, yaxşı pilotları cəlb etmək asan olur. Mən pilotun rolunun komandada nə qədər vacib olduğunu görmüşəm. Yaxşı kollektivə yaxşı pilot lazımdır və əksinə. Yüksək nəticələri yalnız birlikdə əldə etmək olar".