Çin Xalq Respublikasından olan İAT Design şirkəti Pekin avtosalonunda Karlmann King adlı altı metrlik yolsuzluq avtomobilini təqdim etmişdir. Yeni avtomobilin tirajı 10 nüsxə ilə məhdudlaşdırılacaqdır. Hər bir İAT Karlmann King modelinin qiyməti isə 1,9 milyon dollar təşkil edəcəkdir. Nəhəng «palçıqqarışdıran» Karolinqlər xanədanından olan frank kralı Karlomanın şərəfinə adlandırmışdırlar. Yeni avtomobil, ABŞ-da top-variantının qiyməti 71,3 min dollar olan Ford F-450 Super Duty ağır pikapının bazasında yaradılmışdır.
Beləliklə İAT Karlmann, platformasında hazırlandığı «donorun» dəyərini 26 dəfə ustələyir. Çox güman ki, avtomobil 367 at qüvvəsi və 620 Nm fırlanma anı olan 6,8-litrlik on silindirli Ford Triton benzin mühərriki ilə təchiz edilir. Avtomobilin döyüş qılıncı formasında olan emblemi qızıldan hazırlanmışdır.
İAT Kerlmann modelinin interyerinin tərtibatında qara dəridən, alkantaradan, həmçinin qızıl suyuna salınmış və ağacdan olan işləmələrdən istifadə edilmişdir. Yolsuzluq avtomobilinin təchizatına planşet kompyüterləri üçün altlıqlar, soyuducu, şampan şərabı üçün qədəhlər və müxtəlif ölçülü fincanları olan cay dəsgahı daxildir.
Bundan əlavə, avtomobildə 20 dinamiki, strobskopu və üç ölçülü karaoke displeyi olan stereosistem də quraşdırılmışdır.