Mercedes-Benz şirkəti Çin bazarı üçün xüsusi olraq hazırlanmış E-Class sedanının uzadılmış variantını Pekin avtosalonunda təqdim etmişdir. Avtomobilin arxa oturacaqları, opsional olaraq smertfonları naqilsiz qidalandıran qurğu və multimedia sistemini idarə edən planşet quraşdırılan açılan qoltuqaltı ilə bölünür. Mercedes-Benz E-Class L modelinin təkər bazası və uzunluğu 140 millimetr artaraq müvafiq olaraq 3079 millimetr və 5063 millimetr təşkil etmişdir. Arxa sərnişinlərin diz hissəsində olan məkan 134 millimetr artmışdır.
Avtomobilin uzadılmış variantı qısa bazalı modeldən, Maybach avtomobillərində olduğu kimi, qapılardan kuzovun arxa dayaqlarına keçirilmiş üçbucaq formalı pəncərələri ilə fərqlənir.
Bundan əlavə, sedanın arxa dirəklərində qarşınızdakı modelin uzadılmış variantın olduğunu göstərən xrom loqotiplər yerləşdirilmişdir. Avtomobilin öndə yerləşən qoltuqaltısına gərəkli temperaturanı saxlayan fincanaltıları da sifariş etmək mümkündür.
Arxa cərgənin sərnişinləri üçün isə, tavanda, qapılarda və ön oturacaqların kürək hissəsində quraşdırılmış işıqlandırma da nəzərdə tutlmuşdur.
Mercedes-Benz E-Class L modelinin təchizatına «ağıllı» Multibeam fənərləri, premium Burmester audiosistemi, 210 km/saat sürətinə qədər işləyən adaptiv kruiz-kontrol və avtomobildən kənarda aktiv etmək funksiyası olan avtomatik parketmə sistemi daxildir. Bundan əlavə, avtomobil üçün avtomatik əylənmə və yandan əsən küləyə müqavimət göstərən Crosswing Assist sistemi də təklif edilir.
Avtomobilin mühərrik çeşidinə 184 at qüvvəli 2,0-litrlik benzin mühərriki və gücü 333-dən 272 at qüvvəsinə salınmış 3,0-litrlik altı silindirli mühərrik daxildir. Güc aqreqatları doqquz diapazonlu 9G-Tronic avtomatik sürətlər qutusu ilə birgə çalışırlar. Mercedes-Benz E-Class L modelinin istehsalı Mercedes-Benz və BAIC şirkətlərinə məxsus olan birgə müəssisədə təşkil ediləcəkdir.