Volvo şirkəti Pekin avtosalonunda maraqlı bir konsept təqdim etmişdir. Bu dəfə isveçlilər Volvo S90 modelinin bazasında yaradılmış Excellence interior concept adlanan dəbdəbəli interyeri nümayiş etdirmişdilər. Xatırlayırsınız isə, keçən il İsveç istehsalçısı Volvo XC90 krossoverinin bazasında yaradılmış bir neçə interyer variantını təqdim etmişdir. Yeni təqdim edilən interyerin başlıca xüsusiyyətlərindən biri çoxlu sayda çıxan ekranların və aksesuarlar üçün faydalı məkanın olmasıdır.
Yeni konseptual interyerdə bundan əvvəlki layihədə olduğu kimi, qabaq oturacaqdan imtina edilmişdir. Onun yerinə dizaynerlər sərnişinin üstünə ayaqlarını qoyacağı ayaqqabı qutusunu quraşdırmışdırlar. Bu qutuda qatlanan ekran yerləşdirmişdilər ki, o da düyməyə basmaqla peyda olur. Multimedia sisteminə Netflix videoservisinin mobil əlavəsi quraşdırılmışdır və bu əlavə sayəsində seriallara baxmaq imkanına malikdirlər.
Oturcaqların arxa cərgəsi soyuducu və fincanaltıları ilə bölünmüşdülər. Multimedia və havalandırma sistemlərini çıxarıla bilən planşet vasitəsi ilə də idarə etmək mümkündür. Bundan başqa, Exellence interior conceptin mütləq avadanlıq siyahısına iki billur qədəh də daxildir. Volvo şirkətinin bayraqdar modeli sayılan S90 sedanının yeni nəsli keçən ilin dekabrında debüt etmişdir. Bu ilin fevral ayında isə Volvo şirkəti V90 universalını təqdim etmişdi.