Peugeot şirkəti 3008 modelinin yeni nəslini təqdim etmişdir. EMP2 platformasında hazırlanmış kompaktven artıq orta ölçülü krossoverə çevrilmişdir. Bu platformada Peugeot 308, Citroen C4 Picasso və Peugeot 408 modelləri istehsal edilir. Yeni avtomobilin istehsalı fransız istehsalçısının Soşodakı müəssisəsində təşkil ediləcəkdir. Yeni krossoverin təchiz ediləcəyi mühərriklər istehsalçının Tremeri və Duvrendəki zavodlarında yığılacaqdırlar. Yeni modelin kütləvi təqdimat mərasimi sentyabrda keçiriləcək Paris avtosalonunda baş tutacaqdır.

Peugeot 3008 modelinin qabarit uzunluğu 4450 millimetr, təkər bazasının ölçüsü isə 2675 millimetrə bərabərdir. Yeni krossoverin klirensi 200 millimetrdir. Baqaj bölümünün həcmi 520 litr təşkil edir. Arxa cərgənin oturacaqlarının qatlanması halında baqaj həcmi 1580 lirə  qədər artırıla bilər.

Peugeot 3008 krossoverinin mühərrik çeşidinə 130 at qüvvəsi gücü olan 1,2-litrlik və 165 at qüvvəsi olan 1,6-litrlik benzin mühərrikləri daxil edilmişdir. Avtomobil 1,6 və 2,0 litr iş həcmi olan dizel mühərrikləri ilə də təchiz edilir.

1,6-litrlik mühərrik iki variantda - 100 və 120 at qüvvəsi modifikasiyalarla, 2,0-litrlik mühərrik isə müvafiq olaraq 150 və 180 at qüvvəsi gücü olan variantlarla təklif ediləcəkdir. Təklif edilən transmissiyalar da iki növdür - altı pilləli «mexanika» və altı diapazonlu «avtomat».  

Yeni 3008 modeli ikinci nəsil i-Cockpit interyerini alan ilk avtomobildir. Əlavə ödəniş etməklə bu interyerin 12,3-düymlük rəqəmsal cihazlar paneli və multimedia sisteminin 8-düymlük sensorlu ekranı olan variantını sifariş etmək mümkündür. Bundan əlavə, salonun iki işıqlandırma ilə - dinamik Boost və sakit Relax variantını sifariş etmək olar.  Havalandırma sistemi üçün iki hava təmizləyici ətir növü və üfürmənin üç rejimi nəzərdə tutulmuşdur. Avtomobilin təchizatına 3D-naviqasiya, FOCAL musiqi sistemi, MirrorLink və Apple CarPlay funksiyalarını dəstəkləyən multimedia sistemi, öndən toqquşmaları önləyən sistem, avtomatik əyləcləmə funksiyalı adaptiv kruz-kontrol, yol nişanlarını tanıyan sistem, kor zonalara və zolaqlara nəzarət sistemi, dairəvi görüntü və avtomatik park etmə sistemi daxildir. 

Yeni Peugeot 3008 modelinin Avropadakı satışlarına bu ilin oktyabr ayında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt