Təxminən bir ildən sonra qohum Peugeot 3008 və 5008 krossoverləri nəsil dəyişdirməlidirlər. Bununla belə, fransız istehsalçısı onlara mühüm bir missiyanı həvalə edib. Krossoverlər sonradan Stellantis konserninin bir çox digər modellərində quraşdırılacaq yeni hibrid sistemin ilk daşıyıcıları olublar.
Belə seçimin iki səbəbi var: birincisi, artıq özünü doğrultmuş avtomobillərdə quraşdırılan yeni güc qurğusunun tətbiqi uşaqlıq xəstəliklərinin aşkar olunması halında yaranan riskləri azaltmalıdır. İkincisi, bu yaxınlarda Peugeot 5008 modelinin ən güclü 180 at qüvvəli versiyası istefaya göndəriləcək və modifikasiya çeşidində yalnız 130 at qüvvəli mühərriklə təchiz olunmuş versiya qalacaqdır. Beləliklə, yeni hibrid versiya bu boşluğu doldurmalıdır.
Yeni hibrid sistemin əsasında ciddi şəkildə təkmilləşdirilmiş 1,2-litrlik turbomühərrik dayanır. Şirkət nümayəndəli bu mühərrikin PureTech benzin mühərrikinin üçüncü nəslinin olduğunu və gələcək Euro-7 eko-normalarına cavab verə biləcəyini iddia edirlər.
Yeniliklər arasında yönləndiricən aparatın dəyişən həndəsəsi olan turbokompressor, qazpaylama mexanizminin kəmərli ötürməsi əvəzinə zəncirli ötürmə, həmçinin Miller qənaətcillik dövrü üzrə işləmək imkanı var. Aqreqatın gücü 131-dən 136 at qüvvəsinə qədər artırılıb, lakin fırlanma anı dəyişməyib - 230 Nm.
Səkkiz pilləli Aisin “avtomatının” əvəzinə yeni mühərrik Punch Powertrain firması tərəfindən hazırlanmış iki muftalı “robot” ilə təchiz edilir. Transmissiyaya 29 at qüvvəsi hasil edən 48 voltluq dartma elektrik mühərriki quraşdırılıb. O, daxili yanma mühərrikinə hərəkətə başlandıqda və aşağı sürətlərdə kömək edir. Peugeot mühəndisləri bu texnologiya sayəsində yanacaq sərfiyyatının 15% azalacağını vəd edirlər.
Dartma akkumulyatorunun tutumu cəmi 0,9 kilovat-saatdır, ona görə də, sırf elektrik rejimində hibridlər aşağı sürətlə bir kilometrdən çox olmayan məsafəni qət edə bilirlər. Peugeot 3008 və 5008 hibridləri 2023-cü ilin əvvəlində Avropa bazarında satışa çıxarılacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.