Peugeot şirkəti yenilənmiş 301 sedanını təqdim etmişdir. Restaylinq keçmiş sedan dəyişdirilmiş interyerə və yeni multimedia kompleksinə malik olmuşdur. Yenilənmiş sedan sələfindən başqa radiator barmaqlığı, gündüz hərəkət işıqları olan görünüşü dəyişdirilmiş ön fənərlərlə, həmçinin digər bamper və təkər diskləri ilə seçilir. Peugeot 301 modeli yeddi düymlük sensorlu ekranı olan, Apple CarPlay, Android Auto və MirrorLink əlavələrini dəstəkləyən yeni məlumat-əylənə mərkəzi ilə təchiz edilir.

Bundan əlavə, sedanın avadanlıq siyahısına xəritələri 3D rejimində əks etdirən, həmçinin tıxaclar və yanacağın qiymətləri haqqında faktiki məlumatı əldə etmək imkanı yaradan TomTom naviqasiya sistemi də daxil edilmişdir.

Avtomobil standart olaraq 82 at qüvvəli 1,2-litrlik üç silindrli atmosfer mühərriki və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Benzin aqreqatlar çeşidinə 115 at qüvvəli 1,6-litrlik mühərrik daxil edilmişdir ki, bu aqreqat da həm mexaniki, həm də altı diapazonlu avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər. Dizel aqreqatları 92 və 100 at qüvvəsi gücü olan 1,6-litrlik mühərriklərlə təmsil olunurlar. Hər iki mühərrik beş pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışır. 

Peugeot 301 modelinin təchizatına ABS, stabilizasiya sistemi və təcili əylənmə, şinlərdəki təzyiqə nəzarət sistemi və arxa görüntü kamersaı daxil edilmişdir. Yenilənmiş sedanın satışlarına 2017-ci ilin birinci rübündə start veriləcəkdir. Xatırladaq ki, Peugeot avtomobilləri rəsmi olaraq Azərbaycanda satılmır.

Image alt Image alt Image alt Image alt Image alt