Peugeot şirkəti yenilənmiş 308 modelini təqdim edib. Model cüzi yenilənməyə məruz qalsa da, onun xarici görünüşü dəyişməyib. Eksteryerdəki yeniləmə əsasən rəng palitrasına əlacə edilmiş yeni boyalardan və fərqli dizayna malik olan təkər disklərindən ibarətdir. Bununla belə, salonda 10-düymlük rəqəmsal i-Cockpit cihazlar paneli peyda olub.
Yenilənmiş Peugeot 308 modelinin mühərrik çeşidi də dəyişməz qalıb. Avropalılara 110 və ya 130 at qüvvəsi təklif edən 1,2-litrlik benzin turbomühərriki və yaxud 100 və ya 130 at qüvvəli 1,5-litrlik turbodizel arasında seçim verilir. Transmissiya - altı pilləli mexaniki ötürmələr qutusu və ya səkkiz diapazonlu "avtomatdır". Ən güclü Peugeot 308 GTi modeli 263 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərriklə hərəkətə gəlir.
Yeniləmə zamanı Peugeot 308 modeli opsional Black Pack tərtibat dəstini əldə edib: belə hetçbek parlaq qara rəngli eksteryer elementləri ilə təchiz edilir.
İlkin məlumatlara görə, Peugeot şirkəti gələn il 308 modelinin yeni nəslini təqdim etməlidir. Cüzi yenilənmə bununla izah olunur Peugeot markası rəsmi olaraq Azərbaycanda təmsil olunmayır.