Sedan formatında olan Peugeot 408 indi yalnız Çində mövcuddur. Lakin 2022-ci ildə tamamilə fərqli Peugeot 408 buraxılıb – bu, Fransa və Çində istehsal edilən 4,7 metr uzunluğundakı möhtəşəm kross-liftbəkdir. Bu model ilkin olaraq benzin və hibrid versiyalarında təklif edilirdi, indi isə, Peugeot E-408 elektrik versiyası təqdim olunub.

Zahiri cəhətdən elektrokar digər modifikasiyalardan heç nə ilə fərqlənmir: qarşımızada "dişli" faraları və rənglənməmiş plastikdən hazırlanmış kuzov dəsti olan avtomobil var. Lakin elektromobilin altında əlavə aerodinamik qalxancıqlar peyda olub. Seçmək üçün beş kuzov rəngi mövcuddur, lakin dəbli təkər diskləri yalnız 19 düymlük ola bilərlər.

Salonda cihazlar panelinin və i-Connect media sisteminin 10 düymlük displeyləri olan firma i-Cockpit arxitekturası da qorunub saxlanılıb. O, elektromobillər üçün faydalı olan e-Routes tətbiqi ilə tamamlanıb – bu tətbiq qalan məsafəni və enerji doldurma stansiyalarının yerini nəzərə alaraq optimal marşrutu hesablayaraq bütün səfərləri optimallaşdırır.

Fokal audio sisteminə 10 dinamik və 690 Vatt gücündə 12 kanallı gücləndirici daxildir. Ön kreslolar oturacaqların erqonomikası və kürək sağlamlığı üzrə mütəxəssisləri birləşdirən alman AGR təşkilatı tərəfindən sertifikatlaşdırılıb. 

Oturacaqlar elektrik ötürməsinə və çox rejimli masaj funksiyasına malikdirlər. Baqajın həcmi 471 litrdir, lakin arxa sıranı qatladıqda bu rəqəm 1545 litrə qədər artır və 1,89 metr uzunluğunda yükləmə məsafəsi əldə edilir.

Peugeot E-408 yalnız bir güc aqreqatı ilə təklif olunur, lakin o, qohum E-308 modelindəkindən fərqlidir. Ön oxda daha güclü elektrik mühərriki quraşdırılıb: 156 at qüvvəsi və 270 Nm-ə qarşı 210 at qüvvəsi və 345 Nm. CATL litium-ion dartma batareyasının tutumu 51-dən 58,2 kilovat/saata qədər artırılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İsitmə sistemində istilik nasosundan istifadə olunur. WLTP dövrü üzrə yürüş ehtiyatı 453 kilometrdir. Batareya 120 kilovat gücündə sürətli doldurmanı dəstəkləyir, bu da enerji ehtiyatını yarım saat ərzində 20-dən 80%-ə qədər doldurmağa imkan verir. 11 kilovat gücündə bort düzləndiricisi də mövcuddur.

Bununla belə, bütün bu göstəricilər hətta daha müasir Peugeot E-3008 və E-5008 krossoverləri ilə müqayisədə təsiredici deyil: onların daha güclü mühərrikləri (ikimühərrikli versiyalar var), daha böyük batareyaları və daha böyük yürüş ehtiyatı var. Peugeot E-408 elektromobilini artıq Avropada sifariş etmək olar. Almaniya bazarında onun qiyməti 46 600 avro, vətəni Fransada isə, 43 900 avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.