Sentyabr ayının sonları yaxınlaşdıqca avtomobil istehsalçıları yeni modellərin təqdimat prosesini intensivləşdirməyə başlamışdırlar. Parisdə keçiriləcək avtosalonda Peugeot şirkəti yeni krossoveri – yeddi sərnişin üçün nəzərdə tutulmuş 5008 modelini nümayiş etdirəcəkdir. Xatırladaq ki, hazırda bu ad altında 7-yelik miniven istehsal edilir.

Peugeot 5008 modeli fransız istehsalçısı tərəfindən bu il təqdim edilən beşinci krossover olmuşdur. Yeni 5008 modeli müasir və hazırda dəbdə olan xarici görünüşə malik olmuşdur. Avtomobil fransız markasına xas olan tanınan cizgiləri əldə emişdir. Bir çoxları bu dizaynı qəbul etsə də, onu sevməyənlər də olacaqdır. Bir sözlə yeni dizayna biganə qalan olmayacaqdır. İri krossoverin əsasını emp2 modul platforması  təşkil edir. Peugeot 5008 modelinin qabarit uzunluğu 4641 millimetr, hündürlüyü isə 1646 millimetr (relinqlərlə birlikdə) təşkil edir. Yeni krossoverin təkərlərarası bazası 2840 millimetrə bərabərdir.

Fransızların iddiasına görə, yeni krossover eyniadlı orijinal minivenə nisbətən dah geniş iç məkan təklif edir. Belə ki, arxa oturacaqların tam qatlanması halında baqaj bölümünün həcmi 2150 millimetrə qədər artırıla bilər. Əlavə olaraq, krossoverin salonunda əşyalar üçün 38 litrlik faydalı məkan  da aşkar etmək olar.

Yeddi yerlik krossover geniş mühərrik çeşidinə malik olacaqdır. Bunlar 130 at qüvvəli 1,2-litrlik PureTech mühərriki, 165 at qüvvəli 1,6-litrlik benzin mühərriki, həmçinin 100 və 120 at qüvvəli 1,6-litrlik BlueHDi və 160 və 180 at qüvvəli 2,0-litrlik BlueHDi dizel güc aqreqatlarıdır. Bütün güc aqreqatları 6-pilləli mexaniki və ya avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdirlər. Qeyd etmək lazımdır ki, 180 qüvvəli dizel mühərriki yalnız Peugeot 5008 GT modifikasiyasına quraşdırılacaqdır.

Peuget 5008 modeli üç təchizat səviyyəsində - Access, Active və Allure, - səviyyələrində təklif ediləcəkdir. Bundan başqa, avtomobil eksteryerinə “idmançı” görkəmi verən GT Line aksessuarlar dəsti ilə təchiz edilmiş GT variantını da əldə etmək mümkün olacaqdır.

Peugeot 5008 modeli fransız istehsalçısının Renn şəhərindəki zavodunda buraxılacaqdır. 5008 modelinin satışlarına gələn ilin yazında start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt