Sentyabr ayının ilk günündə Peugeot şirkəti yenilənmiş 3008 krossoverini nümayiş etdirib. Budur, bir neçə gün keçdikdən sonra 5008 indeksli krossoverin yenilənmiş versiyası qarşımızdadır. Bu iri ölçülü krossover 3008 modeli qədər populyar olmayıb: kiçik krossover 800 min nüsxə ilə satılsa da, böyük krossoverin tirajı 300 min ədəd təşkil edib. Buna görə də, xərcləri azaltmaq üçün fransızlar 5008 modelinin yenilənməsini eyni ssenariyə əsasən həyata keçiriblər.
Hər iki avtomobilin yeni ön hissəsi eynidir. Peugeot 5008 modelinin radiator barmaqlığı 3008 modelində olduğu kimi, çərçivədən məhrum edilib. Artıq kapotun üzərində model rəqəmlə yazılmış indeksi yerləşir. Gündüz hərəkət işıqlarının şaquli "dişləri" peyda olub, LED fənərlər isə artıq standartdır. Ayrı duman fənərləri dartıq yoxdur: onların funksiyası ön fənərlərin əlavə rejiminə həvalə edilib: arxa duman işıqlaırının qoşulması halında bu rejim avtomatik olaraq işə düşür.
Arxa LED fənərlərin naxışları elə tərtib olunubdur ki, arxa hərəkət işıqları nəzərə çarpmırlar. Bundan əlavə, Peugeot 5008 modeli üçün Black Pack dəstini sifariş etmək olar. Bu dəstin tərkibinə qara rəngə boyanmış dam, diskər, güzgü gövdələri və digər eksteryer elementləri daxildir. Qeyd etmək gərəkdir ki, belə dəst uzun müddətdir ki, 3008 modeli üçün təklif olunur.
Salondakı əsas dəyişiklik yeni media sisteminin diaqonalı səkkizdən on düymə qədər artırılan ekranıdır. Bundan başqa, tərtibat materialları dəsti yenidən işlənmiş, çərçivəsiz salon güzgüsü peyda olmuş, ikinci sıraya iki USB portu əlavə edilmişdir. Peugeot 5008 modeli əvvəlki kimi, ikinci cərgədə üç ayrı oturacaq təklif edir. Əlavə ödənişlə, iki nəfərlik üçüncü cərgəni də sifariş etmək olar.
Hərəkət rejimlərinin seçilməsi sistemi (Eco, Normal, Sport) istisnasız olaraq bütün ikipedallı versiyalar üçün əlçatandır. Adaptiv kruiz-kontrol tam dayanmadan sonra üç saniyədən çox vaxt keçməmişdirsə, hərəkəti davam etdirə bilir. Avtomobil, qarşısındakı 200-250 metrlik məsafədə insanları və ya heyvanları aşkarlamağa kömək edən gecə görmə sistemini də əldə edib.
Yenilənmiş krossover üç əsas və üç "aralıq" təchizat səviyyəsi ilə təklif edilir: Active, Active Pack, Allure, Allure Pack, GT və GT Pack.
Avropada təklif edilən mühərrik çeşidi dəyişməyib. Bununla belə, Peugeot 5008 modelinin hibrid versiyaları hələ də yoxdur, ancaq üç oturacaq cərgəsinə malik olan krossover 180 at qüvvəli 2.0 BlueHDi dizel mühərrikini qoruyub saxlayıb.
Krossover 130 at qüvvəli 1,2-litrlik PureTech və 180 at qüvvəli 1,6-litrlik PureTech benzin turbomühərrikləri, həmçinin 130 at qüvvəli 1,5-litrlik BlueHDi dizeli ilə təchiz edilir. Altı pilləli mexaniki ötürmələr qutusu yalnız 130 at qüvvəli mühərriklər üçün ayrılıb, səkkiz pilləli "avtomat" isə, istənilən mühərriklə tandemdə çalışa bilər. Peugeot 5008 modeli əvvəlki kimi ön ötürmə ilə təklif olunur.
Yenilənmiş Peugeot 3008 və 5008 modelləri Avropa bazarında ilin sonuna qədər satış debütü etməlidirlər. Xatırladaq ki, Peugeot markası Azərbaycanda təmsil olunmayıb.