PSA qrupu yeni nəsil Peugeot Partner, Citroen Berlingo və Opel Combo kommersiya avtomobillərinin ilk təsvirlərini yayıb. Hər bir model beş və yeddi yerli tərtibatda təklif ediləcəkdir.
Kommersiya avtomobilləri müasir güc aqreqatlarına və elektron yardımçılara sahib olublar. Yeni modellər kommersiya avtomobilləri üçün uyğunlaşdırılmış EMP2 modul platformasında inşa ediləcəkdirlər. İlkin məlumatlara görə, avtomobillərin mühərrik çeşidinə 1,2-litrlik benzin mühərriki və 1,5-litrlik dizel aqreqatı daxil ediləcəkdir. Kompaktvenlərin istehsalı İtaliyanın Vito və Portuqaliyanın Manqualdi şəhərlərindəki zavodda təşkil ediləcəkdir. Bunun üçün istehsal meydançalarında müvafiq olaraq dördüncü və üçüncü növbə işə salınacaqdır.
Opel və Vauxhall markaları 2017-ci ilin avqustunda PSA Peugeot Citroen ittifaqının tərkibinə daxil olub.