Peugeot şirkəti özünün "inqilabi" və "görünməmiş" adlandırdığı Inception konseptinin debütünə marağı artırmağa davam edir. Şou-karın dizaynı hələ də gizli saxlanılır, lakin onun bəzi elementləri yeni tizerlərdə işıqlandırılıb. Üstəlik, Peugeot konseptin təqdimatı üçün seçilmiş məkanla da öz pərəstişkarlarını təəccübləndirməyi bacarıb: gözlənənlərin əksinə olaraq, konsept Paris Avtosalonunda deyil, ABŞ-da keçiriləcək İstehlak elektronikası sərgisində (CES) debüt edəcəkdir. Ən təəccüblüsü odur ki, Peugeot markasının rəsmi olaraq Şimali Amerikada təmsil olunmayır.
Yeni şəkillərdə radiator barmaqlığında üç üfüqi lövhəyə quraşdırılmış Peugeot emblemi, arxa fənərlərin üçölçülü tərtibatını və işıqlandırılmış konturu olan dairəvi element əks olunub. Inception konseptinin yeni nəsil i-Cockpit interyer arxitekturasını alacağı gözlənilir.
Peugeot konseptin "inqilabi interyer dizaynı" olan "yeni üslub dili" ilə seçiləcəyi və "idarəetmədən görünməmiş hissiyyatı" təmin edəcəyi bildirilir. "Peugeot Inception konsepti brendin cazibə, emosiya və mükəmməllik dəyərlərinə əsaslanan yeni eranı açır", - fransız brendinin bəyanatında deyilir.
Peugeot Inception konseptinin təqdimatı 5 yanvar tarixində Los Ancelesdə işinə başlayacaq CES 2023 sərgisində keçiriləcəkdir. Onun onlayn təqdimatı isə, bir gün sonra, yanvarın 6-da səhər saatlarında keçiriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.