Peugeot şirkəti FIA WEC dözümlülük yarışlarının yeni Le Mans Hypercar (LMH) kateqoriyası üçün nəzərdə tutulmuş 9X8 sportprototipini təqdim edib. Avtomobilin güc qurğusunun parametrləri ciddi şəkildə tənzimlənir və artıq məlumdurlar.

Buna görə də, istehsalçı əsas diqqəti avtomobilin dizaynı və aerodinamikasına yönəldib. Məsələn, avtomobildə adi arxa antiqanad yoxdur. Yeni Peugeot yarış avtomobili Peugeot Sport və Peugeot Design komandaları tərəfindən birlikdə yaradılıb və FIA Wold Endurance  Championship yarışlarında mübarizə aparacaqdır.

“9X8 sportprototipi Peugeot olduğundan, izlədiyimiz ilk eskiz tullanmağa hazırlaşan böyük pişiyə bənzəyirdi - onun vəziyyəti önə doğru çəkilmiş kabinədə əksini tapır”, - Peugeot şirkətinin dizayn üzrə direktoru Mattias Hossan bildirib.

Markanın firma cizgiləri ön və arxa işıq texnikasının dizaynında (aslan caynaqları), interyerdə (i-Cockpit) və rəng sxeminin seçimində görmək olar - hiperkarda Peugeot Sport Engineering modelləri ilə eyni kombinasiyadan istifadə edilir: turşu yaşılı Kryptonite vurğuları olan boz Selenium Grey rəngi.

Hiperkarın adı “9” rəqəmindən (uzunməsafəli yarışlarda iştirak edən Peugeot sportprototipləri üçün ayrılmış seriyanı göstərir) X hərfindən (tam ötürməni və hibrid güc qurğusuna işarə edir) və markanın bütün son avtomobillərinin dəyişməz atributu olan “8” rəqəmindən ibarətdir.

Bununla birlikdə, avtomobilin müəlliflərinin qürur mənbəyi markanın digər məhsulları ilə eynilik deyil, arxa antiqanadın olmadığı aerodinamikasıdır. “Müəyyən dərəcədə əldə etdiyimiz aerodinamik effektivlik, bu detaldan qurtulmağımızı təmin edib. Ancaq buna necə nail olduğumuzu soruşmayın. Bu sirri mümkün olduğu qədər uzun müddət saxlamaq niyyətindəyik”, - Stellantis Motorsport bölümünün rəhbəri Jan Mark Fino bildirib.

Peugeot 9X8 sportprototipi yüksək sürətdə yerəbasma gücünü təmin edən ön və arxa diffuzorları və avtomobili döngələrdə sabitləşdirən üç uzununa üzgəci əldə edib. Arxa hissədəki xarici panellərdəki cüzi qırılma spoyler rolunu oynayır: kuzovu əhatə edən hava axınları onun önündə yüksək təzyiq zonası formalaşdırır və arxa oxun yola sıxılmasını daha da artırır.

Sportprototipin güc qurğusu Peugeot Hydrid4 500kW adlanır. Qurğu arxada, bazanın daxilində quraşdırılmış 680 at qüvvəli 2,6-litrlik V6 biturbo mühərrikindən, 200 kilovatlıq (272 at qüvvəsi) mühərrik-generatordan və Peugeot və Total konserninin törəmə şirkəti Saft tərəfindən hazırlanmış 900 voltluq batareyadan ibarətdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibrid qurğunun maksimal hasilatı eyni 680 at qüvvəsidir. Yarış zamanı daxili yanma mühərriki və elektrik mühərriki həm birlikdə, həm də ayrı işləyə bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.