Peugeot şirkəti tarixindəki ən güclü seriya avtomobilini təqdim edib. Tamötürməli 508 Sport Engineered modeli 360 at qüvvəli hibrid güc qurğusunu, kuzovun üç boyanması variantını və idarəetmə elektronikasının beş profilini əldə edib.
“Qaynar” Peugeot 508 Sport Engineered modeli üçmühərrikli güc qurğusu ilə təchiz edilir. Qurğunun tərkibinə benzin mühərriki, həmçinin ön və arxa oxlarda yerləşən iki elektromotor daxildir. Sistemin ümumi hasilatı 360 at qüvvəsi və 520 Nm fırlanma anıdır. 508 modeli 100 km/saat həddinə 5.2 saniyəyə sürətlənir. Maksimal sürət saatda 250 kilometrdir.
Həm liftbek, həm də universal üç iş rejiminə malik adaptiv asqı ilə təchiz olunur: Comfort, Hybrid və Sport. Bundan əlavə, model üçün beş hərəkət rejimi nəzərdə tutulub. Elektric profilinə keçdikdə, avtomobil elektrik ötürməsi ilə 42 kilometr məsafə qət edəcək və 140 km/saat həddinə qədər sürətlənəcəkdir.
Hybrid rejimi daxili yanma mühərrikləri ilə elektromotorlar arasında avtomatik keçidi təşkil edir. Sport rejimi maksimum gücü aktivləşdirməyə imkan verir, 4WD sistemi isə sürüşkən səthlərdə maksimum ilişməni təmin edir. Hibrid Comfort rejimi sakit hərəkət üçün nəzərdə tutulub.
Peugeot 508 Sport Engineered modelinin batareyasının doldurulmasının bir neçə yolu var: məişət elektrik şəbəkəsindən yeddi saatdan az müddətdə və ya yeddi kilovatlıq Wall Box divar yükləmə cihazından iki saat ərzində.
Peugeot 508 Sport Engineered modellərinin təchizatına gecə görmə sistemi, adaptiv kruiz-kontrol, həmçinin zolaqda saxlama və avtomatik əyləc sistemləri daxildir. Bundan əlavə, avadanlıq siyahısına proyeksiya displeyi və multimedia sisteminin 10-düymlük ekranı daxildir.
Peugeot 508 Sport Engineered modellərini üç kuzov rəngində əldə etmək olar: boz Selenium Grey, qara mirvari Perla Nera Black və mirvari ağ Pearl White. Fransız markasının tarixindəki ən güclü modelə sifarişlərin qəbuluna 2020-ci ilin oktyabr ayının ortalarında başlanacaqdır. Yenilənmiş Peugeot 508 modelinin qiyməti hələlik açıqlanmayıb.