Peugeot şikrəti rəsmi olaraq Samsung firması ilə birlikdə hazırladığı Traveller i-Lab adlı konseptual minivenini təqdim etmişdir. Fransız istehsalçı bu avtomobili VİP-şattl kimi xarakterizə etmişdir. Avtomobilin xarakterik xüsusiyyətlərindən biri salonun sərnişinlər əyləşən hissəsində yerləşən və dörd individual sərnişin oturacağının arasında quraşdırılmış 32-düymlük planşet tipli kompyüterdir. Bu qurğunun köməyi ilə sərnişinlər bir sıra əməlyyatlar həyata keçirə bilərlər. Misal üçün, onlar mehmanxanada nörmə sifariş edib elektron açarı mobil telefonlarına yükləyə bilərlər. Bu onları mehmanxanada əlavə qeydiyyatdan keçməkdən azad edəcəkdir.
Bundan əlavə, planşetdə təyinat məntqəsini seçməklə, lazımi ünvanın ön paneldə quraşdırılmış multimedia sisteminin monitorunda əks etdirilməsini təmin etmək olar. Beləliklə, bu sayədə də fransızlar müxtəlif millətlərdən olan sürücü və sərnişinlər arasındakı dil probleminiaradan qaldırmış olurlar.
Planşet xüsusi dayaq üstə quraşdırılmışdır ki, onun sayəsində də onu müxtəlif istiqamətlərə hərəkət etdirmək və əymək mümkündür. Lakin bu hələ son deyil - ekranı həm individual qaydada, həm də qrup şəklində istifadə etmək olar. Bunun üçün ekranı dörd hissəyə bölmək lazım gəlir.
Bundan başqa, avtomobil Samsung Gear VR virtual reallıq eynəkləri ilə təchiz edilmişdir. Fransızlar iddia edirlər ki, bu eynəklər vasitəsi ilə kinoprodyüserlər birbaşa avtomobilin salonundan çəkiliş meydançasını nəzərdən keçirə bilərlər. Mühəndis və dizaynerlər isə, onların rəhbərliyi altında yaradılmış məhsulları qiymətləndirə bilərlər.
Konseptin təchizatına mobil alətlərin naqilsiz qidalandırma sistemi,17 dinamikli Focal audiosistemi, alkantara ilə örtülmüş oturacaqlar, sürücünün yorğunluq dərəcəsini təyin edən, yol nişanlarını oxuyan, avtomatik aylənməni həyata keçirən və telemetriyanı yadda saxlayan sistemlər daxildir.
Sonuncu sistem yanacaq sərfiyyatı haqqında, ortalama sürət və yürüş məsafəsi ehtiyatı haqqında məlumatları toplayaraq görüləcək işlərin planlaşdırılmasını asanlaşdırır.