Peugeot Partner kommersiya furqonunun Rapid adlandırılmış yeni versiyası Braziliya bazarında satışa çıxır. Yeni furqonun eyni adlı çex sedanı ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, 2013-cü ildən Braziliyada satılan Fiat Fiorino modelinin “üzü” dəyişdirilmiş versiyasıdır. Peugeot Partner Rapid və Braziliyada satılan Fiat Fiorino modellərinin arasındakı fərq minimaldır - onlar radiator barmaqlığının və bamperlərin fərqli dizaynından ibarətdirlər. Hər iki model eyni mühərrik çeşidinə malikdirlər.

Peugeot Partner Rapid furqonu Braziliyada 1,4-litrlik atmosfer mühərriki ilə təklif olunacaqdır. Fiat Fiorino modelində olduğu kimi, mühərrik həm benzinlə (84 at qüvvəsi), həm də etanolla (86 at qüvvəsi) işləyir. Güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Hər iki avtomobil ressorlu arxa asqı və baraban əyləcləri quraşdırılır.

4,4-metrlik furqon yalnız 3,3 kubmetr yük sahəsi və 650 kiloqram yük daşıma qabiliyyətinə malik olan yük bölümü ilə əlçatandır. Eyni zamanda, onun ilkin qiyməti Fiat Fiorino modelindən azdır: 20,7 minə (35,2 min) qarşı 19,7 min dollar (33,5 min manat).

Baza qiymətini standart təchizatın bəzi hissələrindən imtina sayəsində azaltmaq mümkün olub: bunlara misal kimi, elektrik şüşəqaldıranlarını, sükan gücləndirisini və “sobanı” göstərmək olar..

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Partner Rapid və Fiat Fiorino Braziliyanın Betim şəhərindəki zavodda yığılır. Maraqlıdır ki, Peugeot əvvəlki nəsillərdən olan Pertner modellərini təqaüdə göndərməyə tələsmir: məsələn, birinci nəsil fransız furqonu (1996-cı ilin modeli) Argentinada, ikinci nəsil Partner (2008-ci il) Rusiyada (hazırda zavodun fəaliyyəti dayandırılıb) və nəhayət, üçüncü nəsil Partner (2018-ci ildən) İspaniya və Portuqaliyada yığılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.