Peugeot şirkəti 3008 modelinin bazasında kupeşəkilli krossoveri buraxacaqdır. Yeni avtomobil 2020-ci ildən tez işıq üzü görməyəcəkdir. Kross-kupe aqressiv dizaynı olan maili tavana və 300 at qüvəli hibrid qurğuya sahib olacaqdır. Bu barədə Auto Express nəşri məlumat yayıb.
Böyük ehtimalla, yeni krossover 4008 adlandırlacaq və EMP2 modul platformasında inşa ediləcəkdir. Model özünəməxsus olan asqı sisteminə də malik olacaqdır. Yeni krossover 3008 modelindən vahid blok formasında olan ön fənərlər, radiator barmaqlığı və arxa fənərlər ilə seçiləcəkdir. Kross-kupenin salon arxitekturası fransız markasının son modellərinin üslubunda hazırlanacaqdır. Lakin, oturacaqların səviyyəsi daha aşağı və idman üslubunda olacaqdır.
Peugeot 4008 kupe-krossoverinin mühərrik çeşidinə PureTech ailəsindən olan üç silindrli benzin mühərrikləri, həmçinin 1,6 və 2,0-litrlik dizel mühərrikləri daxil ediləcəkdir.
Krossoverin hibrid modifikasiyaları 1,6 THP mühərrikinin əsasında yaradılmış qurğuya sahib olacaqdır. Daxili yanacaq mühərriki bir və ya iki elektromotor ilə tandemdə çalışacaqdır.