Peugeot şirkəti rəsmi olaraq “qaynar” 308 GTI hetçbekinin yenilənmiş variantını təqdim etmişdir. “Qaynar” hetçbek adi modelin əldə etdiyi yenilikləriə sahib olmuşdur.
Yenilənmədən sonra model yeni ön bamperə, başqa radiator barmaqlığına, həmçinin bir qədər dəyişilmiş arxa fənərlərə sahib olmuşdur. Restaylinq keçmiş “qaynar” hetçbek sələfi kimi 19-düymlük təkər diskləri ilə təchiz edilir. Avtomobilin güc aqreqatı dəyişilməz qalmışdır.
Peugeot 308 GTI modeli 270 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə 308 GTI altı saniyəyə sürətlənir. “Qaynar” hetçbek həmçinin yüksək sürtünməli Torsen differensialı, Michelin Pilot Super Sport şinləri və öndə 380 millimetrlik əyləc diskləri ilə təchiz edilir.
Adi Peugeot 308 modeli may ayının əvvəllərində yenilənmişdir. Model təkmilləşdirilmiş eksteryerə, iki yeni mühərrikə, multimedia sisteminin dəyişdirilmiş ekranına və 180 at qüvvəli dizel mühərriki üçün nəzərdə tutulmuş səkkiz pilləli “avtomata” sahib olmuşdur.