Peugeot şirkəti 1916-cı ildə «Indianapolisin 500 mili» yarşında qalib gəlmiş L45 boldinə həsr etdiyi L500 R HYbrid konseptini təqdim etmişdir. Fransızlar 500 at qüvvəsi gücə malik hibrid güc qurğusu ilə hərəkətə gələn futuristik görkəmə malik olan prototipi klassik bolidə məxsus olmuş rənglərə boyamışdırlar. Prototipin güc qurğusunun tərkibinə, müvafiq olaraq ön və arxa oxda yerləşdirilmiş iki elektromotor və 270 at qüvvəsi gücü olan, lakin iş həcmi açıqlanmayan benzin mühərriki daxildir. Üç mühərrik birlikdə 730 Nm fırlanma anı təklif edirlər.
1000 kiloqram çəkiyə malik olan Peugeot L500 R HYbrid prototipi sıfırdan 100 kimoletr saat həddinə 2,5 saniyəyə sürətlənir. Konseptual bolidin interyerinin tərtibatında Peugeot şirkətinin seriya modellərində quraşdırılan i-Cockpit panelinin dizayn üslubundan istifadə edilmişdir.
Bununla belə, prototipin interyeri daha idmansayağı hazırlanmışdir ki, cihazlar panelinin əvəzinə hloqrafik displey quraşdırılmışdır. Buna bənzər konsepti Peugeot şirkəti 2015-ci ildə Gran Turismo 6 yarış simulyatoru üçün hazırlamışdır. Yeni avtomobilin yarış sumulyatorunda təklif ediləcəyi naməlumdur.