2020-ci ilin ikinci yarısında Peugeot şirkəti Avropa bazarında Traveller veninin elektrik versiyasını satmağa başlayacaqdır. Yeni furqon e-Traveller adını alıb və kommersiya daşıyıcılarının, habelə aktiv həyat tərzi sürən özəl alıcılar üçün nəzərdə tutulub. Ven dolu batareya ilə 230 kilometrə qədər məsafə qət edə bilər.
Yeni Peugeot e-Traveller modeli EMP2 (Effecient Modular Platform) platformasında inşa edilib, yəni texniki cəhətdən adi Traveller və onun əkizləri olan Citroen Spacetourer, Opel Zafira Life, Toyota ProAce Verso modellərini təkrarlayır. Eko-venın güc qurğusu 136 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən elektrik mühərrikindən və döşəmənin altına yerləşdirilmiş 50 və 75 kilovat-saatlıq dartma batareyasından ibarətdir. Elektroven "yanacaq doldurmadan" WLTP dövrünə əsasən, müvafiq olaraq, 230 və ya 330 kilometr məsafə qət edə bilər. Yükləmə qurğusunun gücündən asılı olaraq batareyanın doldurulması 30 dəqiqədən 3,1 saata qədər davam edir.
Güc qurğusunun üç iş rejimi mövcuddur: Eco (60 kilovat, 180 Nm), Normal (80 kilovat, 210 Nm) və Power (100 kilovat, 260 Nm), həmçinin üç səviyyəli rekuperasiya funksiyası mövcuddur: sürətləndirici pedalı sərbəst buraxarkən yavaşlama intensivliyi tənzimləyən "orta" və "gücləndirlmiş". Peugeot e-Traveller modeli 100 km/saat həddinə 13,1 saniyəyə sürətlənir. Maksimal sürət - 130 km/saatdır.
Yeni Peugeot e-Travelleri modeli müxtəlif konfiqurasiyada təklif edilir: Compact( 4609 millimetr), Standard (4959 millimetr) və Long ( 5306 millimetr). Kommersiya daşıyıcıları üçün e-Traveller Shuttle modelinin Business (5-9 yerlik) və Business (6-7 yerlik) versiyaları təklif olunur. Özəl müştərilər e-Traveller Combispace (5-8 yerlik) modifikasiyasını Active və Allure təchizat səviyyələrində seçə bilərlər. Oturacaqların sayından asılı olaraq, baqaj hissəsinin həcmi 1.500 ilə 4.900 litr arasında dəyişir. Bundan başqa kiçik əşyalar üçün ümumi həcmi 74 litr olan müxtəlif ciblər və bölmələr nəzərdə tutulub.
Mikroavtobusun avadanlıq siyahısına Grip Control sistemi, rəngli proyeksiya displeyi, xüsusi qrafikalı mediasistem, qabaq oturacaqlar qızdırılması, smartfondan aktivləşdirilən salonun əvvəlcədən qızdımaı/soyutma funksiyası və 10 kilovattlıq PTC-rezistorlu elektrik qızdırıcısı daxildir.
Yeni elektrovenin qiyməti hələlik elan edilməyib. Venin Avropadakı satışlarına ilik ikinci yarısında başlanmalıdır.