Peugeot şirkəti yenilənmiş 2008 krossoveri haqqında məlumatı və onun fotoşəkillərini dərc etmişdir. Fransız şirkətinin ən kiçik ölçülü krossoverinin rəsmi kütləvi təqdimat mərasimi mart ayını 3-də işinə başlayacaq beyləlxalq Cenevrə avtomobil sərgisində baş tutmalıdır. Yenilənmiş avtomobil yeni radiator barmaqlığı, yeni formalı kapot və təkmilləşdirilmiş arxa fənərlərlə təchiz edilir. Bundan əlavə, fransız markasının şimvolu olan şir avtomobilin kapotunda radiator barmaqlığına keçirilmişdir.
Yenilənmiş Peugeot 2008 modeli üçün GT-line işləmələr dəsti də təklif olunacaqdır ki, bu dəstin də tərkibinə qara rəngə boyanmış radiator barmaqlığının toru, baqaj relsləri, 17-düymlük alüminium disklər və alüminumla örtülmüş pedallar daxildir. Krossover MirrorLink sistemini və Apple CarPlay interfeysini dəstəkləyən multimedia sistemini də əldə etmişdir.
Avtomobilin mühərriklər çeşidinə 82, 110 və 130 at güclü 1,2-litlik benzin mühərrikləri və 75, 100, 120 at qüvvəsi gücü olan 1,6-litrlik dizel mühərrikləri daxildir.