İtaliyada yerləşən mototexnika istehsalçısı Piaggio Group şirkəti maraqlı bir yeniliyi təqdim etmişdir. Vespa skuterlərinin istehsalçısı kimi tanınmış şirkət Gita robot-çemodanını təqdim etmişdir. Yardıcılar Gita modelinin gələcək üçün nəzərdə tutulduğunu bildirmişdirlər.
İtalyanlar robotu istifadəçinin rahatlığı və yükün mobilliyini təmin edəcəyini bildirmişdirlər. Piaggo şirkəti yükdaşıyan robotu xüsusi şassi üzərində quraşdırmışdırlar ki, bu da robota şəhər küçələrində olan istənilən səth üzərində hərəkət etməyə imkan verəcəkdir. Eyni zamanda, robotun aşması halında, onun sərbəst şəkildə şaquli vəziyyəti alaraq yoluna davam etmək imkanının olduğu da qeyd edilmişdir. Sahibi ilə Gita robotu arasında əlaqə tərkibinə kameralar, sahibi üçün xüsusi qurşaq və ultrasəs qurğusu daxil olan Simultaneous Localization and Mapping sistemi sayəsində həyata keçiriləcəkdir. Mobil robot əlavə olaraq, ətrafdakıları öz mövcudluğu barədə xəbərdar etmək üçün işıq və səs siqnalları ilə təchiz edilmişdir.
Gita 18 kiloqrama qədər yük daşımaq qabiliyyətində malikdir. Onun maksimal sürəti isə 35 km/saat təşkil edir. Qurğunun kütləvi istehsalı və qiyməti barədə açıqlama verilməmişdir.