Vespa skuterlərinin istehsalı ilə məşhurlaşmış italiyan Piaggio şirkəti insanların marağının avtomobillərdən fərdi hərəkət vasitələrinə yönəldiyini nəzərə alaraq Gita robotunu yaradıblar.
Bu gün şəhərdə avtomobil, motosikl və ya mopedlərdə deyil, piyada və ya elektrik skuterlərində hərəkət edənlərin əsas problemi daşımalı olduqları çoxsaylı əşyalardır. Piaggio şirkətinin robot-qutusu bu problemi həll etməlidir.
Birincisi, robot avtonom rejimdə sahibini təqib edir. İkincisi, bu boksda 18 kiloqrama qədər əşyanı yerləşdirmək mümkündür. Üçüncüsü, robot-qutu konsept deyil və gələn aydan satışa çıxacaqdır.
Robotun sahibinə bağlanması smartfon vasitəsi həyata keçirilmir - aparat 360 dərəcəlik müşahidə bucağı olan kameralar sayəsində birbaşa insanı izləyir.. İstehsalçı belə qutuların şəhər sakinlərini hərəkət sərbəstliyi təmin edəcəyindən tam əmindir. Qeyd etmək lazımdır ki, aparat o qədər də ucuz deyil - Piaggio Gita robotunun qiyməti 3250 dollardır.