Mercedes-Benz şirkəti Hollandiyadan olan European Truck Platooning layihəsi ilə birlikdə üç ədəd Mercedes-Benz Actros yedək avtomobillərinin sınaqlarına başlamışdır. Avtonom idarəetmə sistemi ilə təchiz edilmiş qoşqulu yük avtomobilləri Ştutqartdan Rotterdama qədər olan 600 kilometr məsafəni qət etməlidirlər. Highway Pilot Connect adını almış sistemin əsas xüsusiyyətlərindən biri yük avtomobillərini qafilə şəklində düzülərək hərəkətinin təmin edilməsidir. Bir-biri ilə Wi-Fi sistemi vasitəsi ilə bəlaqə saxlayan, vericilər və kameralarla təchiz edilmiş yedək avtomobilləri 15 metrlik ara məsafəsi saxlamaqla, ardı-ardına hərəkət etmək qabiliyyətindədirlər.
European Truck Platooning ( tərcümədə «Qafilə ilə hərəkət edən yük avtomobillərinin Avropa hərəkatı») layihəsinin başlıca məqsədi Avropa yollarında bir-birinin ardınca hərəkət etmək qabiliyyətinə malik olan yük avtomobillərin tətbiq edilməsidir. Bü növ hərəkət üsulu, təhlükəsizliyin artırılmasına, yollarda yük avtomobillərinin tutduğu yerlərin azaldılmasına, yanacaq qənaətinə və atmosferə atılan zərərli tullantıların azalmasına xidmət edir.
Mütəxəssislərin heablamalarına görə, üç avtonom sistemi olan Agrtos yedək avtomobillərindən ibarət qafilənin uzunluğu 80 metr təşkil etməlidir. Highway Pilot Connect sistemi ilə təchiz edilməyən yedək avtomobillərindən ibarət gafilənin uzunluğu isə 150 metr təşkil edir. Bundan əlavə, yanacağın qənaət səviyyəsi və atmosferə atılan zərəli tullantıların azalması 10 faizə çatır.
Təhlükəsizliyə gəldikdə isə, Mercedes-Benz mütəxəssislərinin söylədiyinə görə, yeni sistem yol şəraitinin dəyişməsinə insandan (1,4 saniyəyə qarşı 0,1 saniyə) tez reaksiya verir. Pilotsuz idarə edilən yük avtomobillərinin yürüyüşü 6 aprel tarixində Rotterdam portunda başa çatmalıdır.