Pininfarina Battista elektrik hiperkarını istehsal edən Automobili Pininfarina şirkəti Monterey Avtomobil Həftəsi çərçivəsində ikinci modelinin – Pininfarina B95 spidsterinin təqdimatını keçirib. Yenilik əslində spidster kuzovuna malik olan Pininfarina Battista hiperkarıdır. Əlbəttə ki, məhdud saylı tirajı və təsiredici qiyməti ilə... Elektromobil tamamilə yeni kuzova sahib olub ki, yaradıcıları onun görünüşünü “sərnişinlərə təbiətlə vəhdət hissini aşılayan zamanla məhdudlaşmayan əzələli dizayn” kimi təsvir edirlər.

Yenilik tamamilə hər hansı şüşələnmədən məhrumdur, lakin qədim qırıcılardan ilhamlanaraq yaradılmış və elektronika ilə tənzimlənən aerodinamik ekranlar ilə təchiz edilib: şəffaf polikarbonat konstruksiya hündürlüyü tənzimlənən alüminium dayaqlara malikdir. Müştərinin istəyi ilə, şirkət konkret Pininfarina B95 modelinin üslubunda tərtibata malik olan iki yarış dəbilqəsini hazırlaya bilər.

Şou avtomobili parlaq sarı Giallo Arneis rəngi və rənglənməmiş karbonplastikdən detallar ilə tamamlanan gümüşü Bronzo Superga Silver rənginə boyanıb. Alüminiumdan hazırlanmış 20 düymlük (öndə) və 21 düymlük (arxada) döymə təkər diskləri tutqun qara rəngə boyanıblar. Mərkəzi bərkidici bolt tutqun qara rəngə anodlaşdırılmış alüminiumdan hazırlanır, əyləc supportları isə kuzovla eyni Giallo Arneis rənginə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryer tərtibatında konyak rəngli dəridən, karbon panellərdən və tutqun qara anodlaşdırılmış alüminium dekordan istifadə olunur. Oturacaq başlıqları ağ-qara rəngdə bahalı Pied de Poule Houndstooth tekstili ilə üzlənirlər. Eyni zamanda, hər bir müştərinin hiperkar üçün fərdi dizayn variantını seçmək imkanı olacaq. Odur ki, bir-birinə bənzəyən iki spidster olmayacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.