Pininfarina Battista hiperkarı seriya istehsalına belə başlamamış modernləşdirilib. Hiperkarın yenilənmiş versiyasını Turində keçirilən avtoşouda təqdim ediblər. Aparılmış aerodinamik sınaqlardan sonra, istehsalçı avtomobilin ön tərəfinin dizaynını yeniləyib. Hiperkarın ön tərəfində olan və avtomobilin eni boyu uzanan açıq zolaq yığışdırılıb. Eyni zamanda, avtomobilin kuzovunun səthi optimallaşdırılıb.
Kupe 1900 at qüvvəsi və 2300 Nm fırlanma anı hasil edən dörd elektrik mühərrik ilə təchiz edilir. Məlum məsələdir ki, təkərlərdə yerləşir. Hiperkar 100 km/saat həddinə iki saniyədən az vaxta sürətlənir, onun 300 km/saat həddinə sürətlənməsinə isə 12 saniyədən az vaxt tələb olunur. Hiperkarın maksimal sürəti 350 km/saatdır. 120 kilovat-saatlıq batareya ilə təchiz edilmiş Battista 450 kilometr qət edir.
Yenilənmədən öncəki hiperkar
İlk hiperkarlar müştərilərə 2020-ci ildə çatdırılacaqdır. Avtomobilin qiyməti açıqlanmasa da, onun iki milyon avro həndəvərində olacağı ehtimal edilir. 150 nüsxəlik tirajla buraxılacaq avtomobilin 50 ədədi Şimali Amerikaya göndəriləcək, o qədəri də Avropada satılacaqdır. Qalan 50 nüsxə Yaxın Şərq ilə Asiya arasında bölünəcəkdir.