Quançjouda keçirilən avtosalonda South East Motor (SEM) şirkəti italyan dizayn atelyesi Pininfarina ilə birlikdə hazırladığı DX3 krossoverini təqdim etmişdir. Tərəfdaşların ikinci birgə layihəsi olan krossover bu ilin sonunda Çin bazarında təklif ediləcəkdir.
SEM DX3 modeli bu ilin yazında Pekin avtosalonunda nümayiş etdirilmiş eyni adlı konseptin seriya variantıdır. Ölçülərinə görə yeni krossover Hyundai Creta modelindən bir qədər böyükdür. DX3 modelinin qabarit uzunluğu 4354 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1670 millimetrdir. Avtomobilin təkər bazası 2610 millimetrə, klirensi isə 200 millimetrə bərabərdir. DX3 1,5-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir. Güc aqreqatə mexaniki ötürmələr qutusu və ya variatorla birlikdə çalışa bilər.
Qeyri-rəsmi məlumatlara görə, mühərrik digər Çin istehsalçısının Haval H2 krossoverindən alınmışdır. DX3 modelinin tam çəkiş sistemi ilə təchioz edilib-edilmədiyi məlum deyildir. SEM şirkətinin Pininfarina ilə ilk birgə layihəsi 2015-ci ildə təqdim edilmiş daha iri ölçülü DX7 krossoveri olmuşdur. South East Motor və Pininfarina əməkdaşlıqlarını ən azı beş il artırmaq niyyətində olduqlarını bildirmişlər. Onalr bir neçə yeni odroder və krossover buraxmağı planlaşdırırlar.