Pininfarina dizayn atelyesi və Çinin Hybrid Kinetic Group şirkəti Şanxayda birgə layihələri olan konseptual krossoveri təqdim etmişdirlər. Yeddi və beş yerlik salona malik olan krossover 800 at qüvvəli mikroturbigeneratorlu güc qurğusu ilə təchiz edilmişdir.

K550 və K750 modelləri Cenevrədə nümayiş etdirilmiş H600 sedanının aqreqatları üzərində yaradılmışdırlar. Güc qurğusunun tərkibinə iki elektromotor və batareyalar dəstinin doldurulmasına cavabdeh olan HK mikroturbogeneratoru daxildir. 50 min dpldurulma dövrünə malik olan batareyalar dəsti 1000 kilometrə qədər yürüş ehtiyatına malikdirlər.

Krossoverlərin dinamik xüsusiyyətləri barədə məlumat verilməsə də, H600 sedanının 100 km/saat həddinə üç saniyəyə sürətləndiyi məlum idi. Zahiri cəhətdən də krossoverlər H600 sedanını xatırladırlar. Krossoverlər öz aralarında arxa hissənin dizaynı və salon tərtibatı ilə seçilirlər. Bununla belə, tərəfdaşlar gələcək planları barədə heç bir məlumat verməmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt