Pininfarina dizayn evi məhsul profilini genişləndirmək qərarına gəlib və iPhone smartfonları üçün ilk keysi təqdim edib. Dizaynerlərin ilham mənbəyi kimi qeyri-adi Ferrari konseptlərindən biri - Pininfarina studiyasında çalışan Paolo Martin tərəfindən 50 il bundan öncə yaradılmış Ferrari 512S Modulo konsepti çıxış edib. Müxtəlif tərtibat variantına və rənglərə malik olan əyri formalı keys iPhone 13 və iPhone 14 smartfonları üçün nəzərdə tutulub və 99 nüsxəlik tirajla buraxılacaqdır.Aksesuarın qiyməti hələlik məlum deyil.

iPhone üçün keys Inkar şirkəti ilə əməkdaşlıqda yaradılıb. Keysin dizaynının yaradılmasına iki il sərf edilib ki, bunun sayəsində də onun komponentlərinin ölçüləri 0,1 millimetr dəqiqliylə malikdirlər. Ferrari 512S Modulo konseptinə istinadlar - əyri korpus və superkarın mühərrik bölməsindəki 24 kəsiyi təqlid edən kamera dəlikləridir.

Müştərilər keysi öz zövqünə uyğun sifariş edə biləcəklər: beş rəng, üst hissə üçün iki və alt hissə üçün on növ dəri təklif olunur. Təbii ağac, alüminium və karbon lifindən də seçim etmək mümkündür. Yalnız beş keys eksklüziv elementi – perimetr üzrə çəkiləcək qırmızı zolağı alacaqdır. Bu, Modulo konseptini əhatə edən xəttdə işarədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər bir keys Pininfarina və Inkar loqotiplərini, həmçinin seriya nömrəsini alacaqdır. Müştərilər üçün bonus NFT sertifikatı olacaq ki, bu da Inkar şirkətinin gələcək əsərlərini əvvəlcədən sifariş edərkən onlara üstünlük verəcəkdir. Keysin qiyməti hələlik açıqlanmayıb. Keyslərin satışlarına dekabrın 1-də başlanmalıdır. Onları Inkar şirkətinin rəsmi saytından əldə etmək mümkün olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.