2019-cu ildə debüt edən Pininfarina Battista elektrik hiperkarı yeni yaradılmış Automobili Pininfarina şirkətinin ilk modeli olub. Qeyd etmək gərəkdir ki, avtomobil istehsalçısı Pininfrina SpA dizayn studiyası kimi Hindistanın Mahindra konserninə məxsusdur. Əmtəə avtomobillərinin istehsalına 2022-ci ildə başlanılıb: şirkət əvvəlcə Battista kupesinin 150 nüsxədə buraxmaq niyyətində idi, bununla belə, çeşidi genişləndirmək də planlaşdırılırdı.
Bəs eksklüziv layihələr necə? Əlbəttə ki, əsl hiperkar istehsalçısı kimi Pininfarina da belə layihələri hazırlamaqda maraqlıdır. Belə qəbildən olan iki avtomobil Pebbl Biç Zəriflik müsabiqəsində nümayiş etdirilib.
Birinci layihə Pininfarina Battista Targamerica adlanır və o, Battista hiperkarının ilk açıq versiyası deyil, həm də Automobili Pininfarina şirkətinin xüsusi kuzovlu avtomobil istehsal etmək sahəsində ilk cəhdidir. Bu avtomobili əvvəllər adi Battista kupesi almış amerikalı müştəri sifariş edib.
Avtomobilin layihələndirilməsi və istehsalına bir il vaxt sərf edilib və nəinki kuzovun rəngi, interyer dekorasiyası və ya təkər disklərinin dizaynı, hətta onun adı da alıcı ilə razılaşdırılıb. Targamerica adında kuzov tipi (Targa markası Porsche şirkətinə aiddir, ona görə də istifadə edilə bilməz) və sifarişçinin ölkəsinə işarədir.
Pininfarina Battista Targamerica modelinin karbonplastikdən kuzovunun damı ümumiyyətlə yoxdur: nə qatlanan dam, nə də çıxarıla bilən panel mövcuddur. Yuxarı qalxan qapılarda pəncərə çərçivələri yoxdur və onların bərkitmə nöqtələri dəyişdirilib.
Oturacaqların arxasındakı müqavimət sipəri yenidən işlənib, lakin ilk baxışdan onu baza kupesinin detalından fərqləndirmək mümkün deyil. Salonun mühüm xüsusiyyəti - oturacaqların kürək hissəsinin arasında quraşdırılmış şəffaf qapağı və işıqlandırması olan üç siqar üçün qutudur.
İkinci eksklüziv avtomobil Pininfarina B95 Gotham hiperkarıdır. Bu versiya Battista əsasında hazırlanan və ötən il debüt edən B95 spayderindən yalnız dekorasiyası ilə fərqlənir. Bu layihə, sərgüzəştləri qondarma Gotham şəhərində baş verən Bətmən haqqında komikslərdən və filmlərdən ilhamlanıb. Üstəlik, Pininfarina şirkəti B95 Gotham spayderini Bətmən üçün deyil, onun "işgüzar" alter eqosu - Brüs Ueyn üçün hazırlanıb.
Eksklüziv Pininfarina Battista Targamerica və Pininfarina B95 Gotham modellərinin texniki hissəsi baza hiperkarındakı ilə eynidir və o, Rimac tərəfindən təmin edilir. Dörd elektrik mühərriki (hər təkər üçün biri) cəmi 1900 at qüvvəsi və 2340 Nm hasil edir, dartma batareyasının tutumu isə, 120 kilovat/saatdır. İlk “yüzlüyə” sürətlənmə iki saniyədən az vaxt aparır, maksimal sürət 300 km/saatdan çoxdur.
Şirkət artıq Targamerica hiperkarının unikal məhsul olaraq qalacağını və başqa belə bir avtomobilin olmayacağını bildirib. "Bətmən” seriyasına oxşar üslubda daha üç müştəri avtomobilini daxil olacaq: Battista Gotham, B95 Dark Knight və Battista Dark Knight.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.