Yuxarıdakı şəkilə diqqətlə baxın. Sizcə, belə məkanı harada görmək olar? İlk növbədə xəyalınızda dəbdəbəli mehmanxananın penthauzu və yaxud hansısa milyarderə məxsus olan iri yaxtanın kayutalarından biri canlanır? Sizi məyus etməliyəm - qarşınızdakı Airbus A350-900 təyyarəsinin salonudur.
Bu layihənin müəllifləri hər bir avtomobilsevər üçün yaxşı tanış olan Pininfarina dizayn studiyası və hava gəmilərinin tərtibatı üzrə unikal təcrübəyə malik olan AMAC Aerospace şirkətidir.
Onların birgə hazırladığı innovativ Airbus A350-900 konsepsiyasını sərnişinlərin uçuşa dair təsəvvürlərində inqilab edəcəkdir. Konsepsiya Pininfarina studiyasının çoxtərəfli dizayn təcrübəsindən ilhamlanır - gəmi interyerlərindən tutmuş memarlıq layihələrinə qədər.
Tərəflərin məqsədi, sərnişinlərin təyyarədə olduqlarını unutdura bilmək üçün rahat və səliqli bir məkan yaratmaq idi. Bu məkanda hər şey səyahətçilərin istəyinə əsasən yaradılıb: bu qanadlı maşın uçuş zamanı, istirahət etmək, işləmək, qidalanmaq, əyləncəli söhbətlərə qatılmaq və hətta görüşlər keçirmək kimi istənilən ehtiyacı qarşılaya bilər. Müasir həyat tərzi, fərdi və çalışma məkanlar bu çoxfunksiyalı salonda vahid bir yerdə toplanıbdır.
Müxtəlif sahələri canlandıran, hamar bir xətt ilə birləşdirilmiş, bənzərsiz açıq məkanı təmsil edən bu ideya, təyyarə kabinəsinin biznes-zalında həyata keçirilib. Salamlama zonasında qonaqları kiçik bir bar qarşılayır. Bundan sonra, bu xətt sərnişini rahat baramaya bənzəyən istirahət zonasına aparır: qonaqlar, proyektorun displeyi kimi istifadə ediləcək və yaxud sadəcə görünüşdən zövq alınacaq nəhəng şəffaf ekranın qarşısındakı yumşaq divanlarda dincələ bilərlər.
Biznes-zaldakı sonuncu məkan - nahar zonasıdır ki, buradan həmçinin görüşlərin keçirməsi və ya sərnişinlərin sadəcə istirahət edə biləcəyi, şezlonqlara malik olan yaşıllaşdırılmış ərazi kimi də istifadə etmək olar.
AMAC Aerospace şirkətinin əsas faliyyət istiqaməti dünyanca məşhur olan xüsusi kabinələrinin yardılması, istehsalı və quraşdırılmasıdır. Bazeldəki (İsveçrə) AMAC zavodunu tərk edən bütün təyyarələr tələbkar müştərilərə xidmət etmək üçün xüsusi olaraq hazırlanmış elit gəmilərdir. Qısa tarixi ərzində AMAC artıq 20 layihəni başa çatdırmış və ən tələbkar şəxslər üçün unikal interyer yaratmaq üzrə lideridir.