İyun ayında ölkəmizdə debüt edəcək Avropa Qran Prisinə 100 gündən bir qədər artıq vaxt qalır. Reqlamentə uyğun olaraq çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti Bakıya gətirəcəyi təkər tərkiblərini açıqlayıb. Bu barədə xəbəri Azərbaycanda Formula 1 haqqında yeganə və peşəkar sayt olan F-1.az yaymışdır.

Autograph.az F-1.az saytına istinadən bildirir ki, Bakıda komandalara Medium, Soft və SuperSoft tərkibləri təklif olunacaq, Medium və Soft tərkiblərindən ən azı bir dəst hər bir sürücü tərəfindən bazar günü yarışın gedişində istifadə olunmalıdır.

Pirelli bir daha xatırladıb ki, mövcüd olan qaydalara əsasən, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur.