Pirelli şirkəti Cinturato P7 şinlərinin yeni nəslini təqdim edib. Yeni nəsil Pirelli Cinturato P7 şinlərini dəyişdirilmiş protektor naxışı və dördrəqəmli “P7C2” nişanlaması sayəsində ayırd etmək olar. 2009-cu ildə debüt etmiş əvvəlki nəsil Cinturato P7 modeli kimi, yeni şinin protektoru da asimmetrik dizayna malikdir.
Pirelli şirkətinin əsas məqsədi şinləri daim dəyişən hava temperaturuna və hərəkət şəraitinə uyğunlaşdırmaqdır. Avtomobil sahibinin ilk növbədə diqqət yetirməli olduğu amil havanın temperaturunun dəyişməsidir. Hava temperaturunun dəyişməsi birbaşa yol şəraitinin dəyişməsi ilə müşayət olunur ki, bu da təkərlərin effektivliyinə təsir göstərir. Bu, əsasən havanın dəyişkən olduğu regionlara aiddir.
Pirelli bu problemi dəyişikliklərə uyğunlaşan texnologiyalar sayəsində həll etmək istəyir. Şirkətdən bildirildiyinə görə, Cinturato P7 modelinin protektor naxışı “yol tutuşunu artırmaq və polimerlərin işinin yaxşılaşdırmaq üçün xüsusi silikon qətranları ilə zənginləşdirilmişdir”. Elastik polimerlər, silikonla qarşılıqlı işləmək və temperaturun dəyişməsinə vaxtında reaksiya vermək üçün kimyəvi cəhətdən dəyişdirilmişdirlər. Nəticədə, rezin tərkibi və silikon hissəciklərinin daha yaxşı paylanması vəziyyətin nəyi tələb etdiyindən asılı olaraq şinin xüsusiyyətlərini dəyişdirə bilər.
Bir sözlə, Cinturato P7, yay şinləri olsa da, temperaturi və yol şəraitindən asılı olmayaraq effektivliyini qoruyur, həmçinin təhlükəsizliyə xidmət edir.
Bundan əlavə, Cinturato P7 şinləri ekoloji standartları nəzərə alaraq yaradılmışdır. Pirelli bu yeni şinləri premium seqmentində olan avtomobillər üçün təklif edir. Artıq Cinturato P7, premium avtomobil istehsalçıları tərəfindən avtosalonlarda nümayiş etdirilən avtomobillərdə istifadə olunur. Üstəlik, yeni Pirelli şinlərində Run Flat və Seal Inside texnologiyalarından da istifadə edilir.
Pirelli Cinturato P7 şinləri müxtəlif endə (205 – 275 mm), seriyalarda (40 – 60), sürət kodunda (H, V, W, Y) və disk ölçülərində (16 - 19 düym) təklif olunurlar.