2002-ci ildə "Öl, amma indi deyil" filmində Ceyms Bondu canlandıran Pirs Brosnan Aston Martin şirkətini ona superkarı hədiyyə etməyə necə məcbur etdiyi barədə danışıb.
Bond haqqında iyirminci film olan "Öl, amma indi deyil" blokbasterində Pirs Brosnan dördüncü və sonuncu dəfə məşhur ingilis gizli xəfiyyəsi Ceyms Bond rolunu ifa edib. Bu blokbasterdə 007, 1995-ci ildəçəkilmiş "Qızıl Göz" filmindən bəri ilk dəfə olaraq yenidən Aston Martin avtomobilinin sükanı arxasına əyləşib.
"Öl, amma indi deyil" filmi ingilislər üçün V12 Vanquish modelini reklam etmək üçün əla fürsət idi, ancaq onlar baş rolun ifaçısının superkarı özünə istəyəcəyini gözləmirdilər. Esquire dərgisinə verdiyi müsahibədə Brosnan, həqiqətən də Aston Martin şirkətinin marketinq gedişi olaraq avtomobili ona hədiyyə edəcəyini gözlədiyini bildirib.
Ancaq britaniyalılar heç də belə düşünmürlərmiş. Aktyor bu barədə biləndə, "Öl, amma indi deyil" filminin kirayəyə çıxmasına həsr edilmiş mətbuat konfransında V12 Vanquish modelinə yaxınlaşmayıb.
Brosnan hətta öz agentini avtomobil istehsalçısına təzyiq etməklə vəzifələndirib və nəticədə britaniyalılar təslim olaraq, aktyora xüsus lövhəciklər olan superkar hədiyyə ediblər. Təəssüf ki, illər sonra, avtomobil 2015-ci ildə baş verən böyük yanğın nəticəsində Brosnanın Malibudakı evi ilə birlikdə yanıb. Ondan qalanlar isə, yalnız Brosnanın adı yazılmış lövhələr olub.