Noyabr ayının birinci günündən Hyundai-Kia qrupunun avtomobillər dizaynı üzrə vitse-prezidenti bu günə qədər Genesis və Hyundai markalarının şef-dizayneri işləyən Lyuk Donkervolke olacaqdır. Bu vəzifədə o 2006-cı ildən Hyundai-Kia qrupuna çalışan Piter Şrayeri əvəz edəcəkdir.

Lyuk Donkervolke özünün Volkswagen konserinində işləri ilə yadda qalıb. 20 il ərizndə bu konsernə çalışan Donkervolke Lamborghini Murcielago və Gallardo, dəbdəbəli Bentley Flying Spur və Bentayga, həmçinin büdcə seqmentində  olan Skoda Octavia və Fabia modellərinin birinci nəsli üzərində çalışıb. 2015-ci ildə Donkervolke 2015-ci ildə Hyundai-Kia qrupuna keçib.

Lyuk Donkervolke

Piter Şrayer də fəaliyyətinə 1979-cu ildə Volkswagen qrupunda başlayıb. O, Volkswagen və Audi markalarının dizayner bölümlərinə başçılıq edib. Şrayer 2006-cı ildə Kia şirkətinə şef-dizayner vəzifəsinə keçib. 2013-cü ildən isə o Cənubi Koreya qrupunun dizayn istiqamətinə rəhbərlik edir.  Bu Şrayerin 65 yaşı tamam olur və o istefaya gedir. Bununla belə, o Hyundai-Kia qrupunda dizayn üzrə məsləhətçi vəzifəsini tutacaqdır.