Amerikalı model və aktrisa olan Yevgeniya Vaşinqton Playboy dərgisi tərəfindən «Playmate of the 2016 Year» tituluna layiq görülmüşdür. Amerikalı gözəlçənin ilk çılpaq fotoşəkilləri Playboy dərgisinin səhifələrində 2015-ci ilin dekabr ayında dərc olunmuşdur. Dərgi ilin galibinə 100000 ABŞ dolları məbləğində pul mükafatını və Fiat şirkətinin istehsalı olan 124 Spider modelinin iki illk kirayə hüquqlarını təqdim etmişdir. FCA ittifaqının merketinq xidməti yaranmış fürsətdən istifadə edərək, Playboy modelinin iki il istifadə edəcəyi rodster barədə məlumat yaymışdır.
Beləliklə, Amerikalı model Fiat 124 Spider modelinin orta təzhizatlı variantı olan Lusso modifikasiyasından istifadə edəcəkdir. Amerika Birləşmiş Ştatlarında Fiat 124 Spider Lusso modelinin satış qiyməti 27495 dollar təşkil edir. Avtomobilin təchizatına dəri ilə üzlənmiş qızdırılan idman oturacaqları, qara royal lakı ilə rənglənmiş örtmələr və yeddi düymlük sensorlu ekranı olan multimedia sistemi daxildir.
Xatırladaq ki, adi rodster gücü 160 at qüvvəsi və fırlanma anı 250 Nm olan 1,4-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli sürətlər qutusu və ya sükanaltı dəstəklər vasitəsi ilə ötürmələri həyata keçirnəyə imkan verən altı diapazonlu «avtomat» ilə birgə çalışır. Fiat 124 Spider Abarth rodsteri 100 km/saat həddinə çatmaq üçün 6,8 saniyə vaxt sərf edir.
Çox güman ki, bu fotoşəkillər Vaşinqtonun son dəfə çəkdirdiyi çılpaq fotoşəkillər olacaqdır. Model bu ilin martında artıq bu sayaq fotoşəkillər çəkdirməyəcəyini bəyan etmişdir. Modelin fotoşəkilləri son dəfə Playboy dərgisinin üz qabığında gələn ay dərc ediləcəkdir.
Bundan əlavə, dərginin içərisində modelin məşhur fotoqraf Ceyson Li Pərri tərəfindən çəkilmiş fotoşəkillərindən ibarət 10 səhifəlik illüstrasiya olacaqdır.