Pogea Racing tüninq atelyesi Maserati GranTurismo və GranCabrio sahiblərinə təkmilləşdirmələr proqramını təklif edir. Tüninq dəsti mühərrikin, kuzovun və salonun təkmilləşdirilməsini nəzərdə tutur.
İlk növbədə, tuner 460 at qüvvəli 4,7-litrlik səkkiz silindrli mühərrikin gücünü 17 at qüvvəsi artırmağı təklif edir. 477 at qüvvəsinə sahib olmuş Maserati modeli 305 km/saat həddinə qədər sürətlənir. Bundan başqa, tuner avtomobilin klirensini 40 millimetr azaldan yayları da quraşdırmağa da hazırdır. Kupe və kabrioletlərin eksteryerindəki dəyişikliklər 21-düymlük təkər diskləri ilə məhdudlaşır. İntyeryerə gəldikdə isə, salon müştərinin arzu və istəklərinə uyğun olaraq tərtib edilir. Müştəri geniş çeşiddə dəri və karbon elementlərdən seçim edə bilər.
Qeyd etmək gərəkdir ki, Maserati GranTurismo və GranCabrio modelləri 2022-ci ilə qədər aktual olacaqdırlar. Həmin il bu modellərini əvəzləyəcək Alfieri kupe və kabrioleti təqdim olunmalıdır.