World Endurance Championship (WEC) çempionatının ilk mövsüm testləri keçən həftə Fransanın cənubunda yerləşən Pol-Rikar trekində başlamışdır. «Prologue» adı verilmiş testlərdə Audi, Porsche və Toyota komandalarının yenicə təqdim etdikləri və LMP1 kateqoriyasanda iştirak edən sportprototiplərlə yanaşı, LMP2 və GT kateqoriyalarında yarışam kollektivlər də iştirak etmişdirlər.
Testlərin ilk günü olan cümə günü ən yaxşı vaxtı Porsche Motorsport komandasının pilotu Nil Yari göstərmişdir. Porsche pilotu səhər sessiyasında 1 dəqiqə 38.264 saniyə vaxt göstərərək, Toyota TS050 pilotu Sebastyan Buemini (1:40.517) iki saniyə üstələmişdir. Səhər sesiyyasınln üçüncü vaxtını (1:40.612) Audi R18 sprotsprototipinin pilotu Benua Trelyüe göstərmişdir.
Alman komandalarının prototipləri yüksək yerə yatma gücünə köklənsələrdə, Toyota komandası Le-Man üçün nəzərdə tutulmuş aşağı səviyyəli yerə yatma dəstini sınaqdan keçirmişdir. Hər bir komanda testlərə bir avtomobillə qatılmışdır və əvvəcədən qəbul etdikləri plan üzrə sınaqları davam etdirmişdilər.
Beləliklə, günorta sessiyasında ən yaxşı vaxtı yenə də Porsche pilotu Romen Dyuma (1:37.960) göstərmişdir. Axşam sessiyasında isə, protokola yenidən Nil Yari başçılıq etmişdir. Onu da qeyd etmək lazımdır ki, günün ən yaxşı vaxtı keçən il keçiriulmiş «Proloqun» vaxtindan (1:37.220) 0,2 saniyə yavaş olmuşdur.
Günorta sessiyasında ikinci yeri dövrəni 1 dəqiqə 39.393 saniyə vaxtla tamamlayan Audi R18 pilotu Benua Trelyüe tutmuşdur. Üçüncü yeri isə, Toyota TS050 prototipinin pilotu Əntoni Dəvidsona qismət olmuşdur. Britaniyalı pilot dövrəni 1:39.559 dəqiqə vaxtla başa vura bilmişdir.
Axşam sessiyasında isə, Toyota komandası Kadzuki Nakacimanın göstərdiyi 1:38.347 dəqiqə vaxtla ikinci, Audi komandası isə Andre Lottorerin 1:39.678 dəqiqə vaxtı ilə üçüncü olmuşdur.
LMP2 kateqoriyasında səhər sessiyasında günün ən yaxşı vaxtını (1:46.976) Strakka komandasının Gibson 015S prototipinin pilotu Nik Levantis göstərmişdir. Axşam sessiyasında isə, protokolun ilk sətrinə Signatech komandasının Oreca 05 prototipinin pilotu Qustavo Meneses adını yazdırmışdır.
GT kateqoriyasında gündüz və səhər ən yaxşı vaxtı, müvafiq olaraq AF Corse komandasının pilotları Devid Riqon və Canmariya Bruni göstərmişlər. Hər iki pilot Ferrari 488 GTE avtomobilində yarışırlar.